right|thumb|Klassik ucuz (pulp) roman üz qapağı (örtük).

Kosmik opera — hadisələrin əsasən kosmosda baş verdiyi, özündə maraqlı sərgüzəştləri əks etdirən və romantikanı vurğulayan elmi fantastika janrının alt janrıdır.Agafonova, Karina, et al. "How Do People Read Science Fiction and Why is it Popular: Common Tendencies and Comparative Analysis." CEUR Workshop Proceedings, 2021. Kosmik operanın bəlkə də ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu alt janrda personajlar, mübarizələr, qüvvələr və mövzular qeyri-adi səviyyəyə gətirilir. Birinci kosmik operalar 1930-1940-cı illər arasında pulp jurnallarında (ucuz qiymətə satılan jurnallar) nəşr olunmuşdur. 1970-ci illərə qədər kosmik opera keyfiyyətsiz və ucuz elmi fantastika filmlərini ifadə etmək üçün istifadə edilirdi. Lakin 1977-ci ildə Corc Lukasın çəkdiyi Ulduz müharibələri: IV hissə - Yeni ümid filmi işıq üzü gördükdən sonra həm tənqidi, həm də maliyyə baxımından çox böyük nailiyyətlər əldə etmiş və bu janra olan mənfi baxışı tamamilə dəyişdirmişdir.

Etimologiyası

Kosmik opera kəlməsindəki “opera” sözünün musiqi ilə heç bir əlaqəsi yoxdur. Bu söz ingilis dilindən tərcümədə sabun opera mənasını verən “soap opera” janrından götürülmüşdür.

Ədəbiyyat siyahısı

Harrison discusses his view of the nature of space opera in depth.

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Kosmik opera Kateqoriya:Elmi fantastika Kateqoriya:İdeyalar tarixi Kateqoriya:Macəra uydurması Kateqoriya:Uydurmada ulduzlararası səyahət Kateqoriya:Janrlarına görə elmi fantastika Kateqoriya:Uydurmada kosmos