Xəzinədarbaşı () — Osmanlı imperiyasında biri daxili xəzinədən, digəri isə xarici xəzinədən məsul olan vəzifə. Osmanlı dövlət təşkilatında daxili xəzinənin saxlandığı Bab-ı Hümayun və Hilət xəzinələri bölməsində saray sənətkarlarının (əhl-i hirəf) idarəsindən məsuldur.
Osmanlı sarayının Əndərun hissəsində işləyənlərə xəzinədar deyilirdi. Əndərunda çalışan xəzinədarlardan məsul şəxs xəzinədarbaşı adlanırdı.
İstinadlar
Kateqoriya:Osmanlı imperiyası iqtisadiyyatı Kateqoriya:Osmanlı imperiyasında titullar