Hamısı Aqatadır () — Marvel Comics tərəfindən nəşr edilmiş Aqata Harkness personajı əsasında Jak Şeffer tərəfindən Disney+ üçün yaradılmış ABŞ televiziya miniserialı. 2021-ci ildə yayımlanmış "VandaVijn" adlı miniserialın spin-offu olan "Hamısı Aqatadır", Marvel Studios tərəfindən "Marvel Television" leyblı ilə yaradılmış və Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on birinci teleserial olmaqla, xronoloji baxımdan MKK filmlərinin xələfidir. Şaffer, serialın şouranneri və əsas rejissorudur.

Serialda, Ketrin Han "VandaVijn" teleserialında canlandırdığı Aqata Harkness roluna geri dönmüş, eyni zamanda Co Lok, Mariya Dizzia, Pol Adelşteyn, Obri Plaza, Patti LuPon, Saşir Zamata, Alay An, Maylz Qutierrez-Rayli, Okvui Okpokvasili, Debra Co Rapp kimi aktyorlar da rol almışlar. 2021-ci ilin oktyabrında Şeffer və Hanın layihəyə qoşulması ilə hazırlıqlara başlanmış, növbəti ayda isə serialı rəsmi elan edilmişdir. 2023-cü ildə, əsas çəkilişlərin başlamasından əvvəl, Şeffer, Reyçel Qoldberq və Qandja Monteyronun rejissorluğu elan edilmişdir. Əsas çəkilişlər 2023-cü ilin yanvar-may ayları arasında Atlantadakı Trilith Studiosda və Los-Ancelesdə baş tutmuşdur. "VandaVijn" üzərində çalışmış işçi heyət, o cümlədən musiqi heyəti bu serialda iş üçün yenidən bir araya gəlmişdir. 2024-cü ildə serialın adı rəsmi elan edilənə kimi, marketinq kampaniyası çərçivəsində müxtəlif ad variantları elan edilmiş, sonradan serialın "VandaVijn" serialında səslənən eyni adlı mahnıya istinadən "Hamısı Aqatadır" () adlandırılacağı bildirilmişdir.

"Hamısı Aqatadır" serialının premyerası 18 sentyabr 2024-cü ildə Disney+ kanalında baş tutmuş və eyni gündə iki seriya yayımlanmışdır. Növbəti 5 seriya, hər həftə bir seriya olmaqla 23 oktyabra kimi yayımlanmış, 30 oktyabrda isə son iki seriya yayımlanmışdır. Serial MKK Beşinci fazasına daxildir.

Qısa məzmunu

"VandaVijn" miniserialının (2021) finalında cadugər Aqatanın Nyu-Cersi ştatındakı Vestvyu şəhərində tələyə salınmasından üç il sonra, əfsanəvi Cadugər Yolunu keçəyi arzulayan qot yeniyetmə onu cadunun təsirindən azad edir. Heç bir gücə malik olmayan yeniyetmə və cadugər, yolun sınağından keçək üçün yeni şabaş yaradır, eyni zamanda Aqata keçmişindən gələn köhnə düşmənləri ilə də qarşılaşmalı olur.

Rollarda Ketrin Han - Aqata Harkness:"VandaVijn" miniserialının finalında (2021) Vanda Maksimoffun cadusu ilə "Aqnes O'Konnor" kimi tələyə salınmış güclü cadugər. Cadunun tələsindən xilas olub güclərini itirdiyini anlayan Aqata yeni şabaş yaradır. İcraçı prodüser Meri Livanos Aqatanı səmimi və təhlükəli biri kimi təsvir edərək deyir ki, gücünü geri qaytarmaq üçün o, şabaşla birlikdə işləməyi öyrənməlidir. Ketrin Han, personajın sarkastik davranışı altında yatan psixoloji problemlərin kökünə çıxmağa çalışdığını bildirmişdir. Co Lok - Yeniyetmə:Qara yumoru sevən familyar, Aqatanı Qırmızı cadugərin cadusundan xilas edir və Cadugər Yoluna getməyi arzulayır. Buna görə də, köməkçi qismində Aqatanın yaratdığı yeni şabaşa qoşulur. Seenaridə Lokun canlandırdığı personaj yalnız "Yeniyetmə" kimi qeyd edilir və bu, serialda zarafat mövzusuna çevrilir; belə ki, sigil cadusuna görə, digər personajlar onun haqqında heç nə öyrənə bilmirlər, ona "Yeniyetmə" deyə müraciət edirlər və o da, bu çağırışa cavab verir. Canlandırdığı personajı "çox düşüncəli və xeyirxah", "həmçinin çox impulsiv" kimi təsvir edən Lok, izah edir ki, personajın arzusu, Aqatanın şabaşına qoşulub onunla birlikdə Cadugər Yolunu keçəkdir və bir növ bu personaj, cadu ilə bağlı hər şeyin fanatıdır. Debra Co Rapp - Şeron Devis:Vestvyu şəhərinin sakinidir, təsadüfən Aqatanın şabaşında Yaşıl cadugəri əvəz edir. "VandaVijn" miniserialında Vanda Maksimoff tərəfindən yaradılmış eyni adlı sitkomda Devis "Missis Hart" adlı uydurma personajı canlandırmışdı. Obri Plaza - Rio Vidal/Yaşıl cadugər:Döyüşçü cadugər və Aqatanın ən köhnə düşmənlərindən biridir. Saşir Zamata - Cennifer Keyl:Bağlayıcı cadugər və Aqatanın yeni şabaşının üzvüdür. Eliksir və məlhəmlər üzrə mütəxəssisdir. Ali An - Alisa Vu-Qulliver:Müdafiəçi cadugər və Aqatanın şabaşının üzvüdür. Keçmişdə polis zabiti olub. Okvui Okpokvasili - Vertiqo:"Salem yeddiliyi"nin üzvü olan cadugərdir. Patti Lüpon - Liliya Kalderu:450 yaşlı Siciliya cadugəri, Aqatanın şabaşının üzvüdür. Görücülük qabiliyyətinə malikdir. Liliyanın gənclik illəri aktrisa Xloya Kemp tərəfindən canlandırılmışdır. Mariya Dizzia - Rebekka Kaplan: Pol Adelşteyn - Ceff Kaplan: Maylz Qutyerres-Rayli - Eddi:Yeniyetmənin sevgilisidir.

"VandaVijn" serialındakı rollarını davam etdirərək, Vestvyu şəhərinin sakinləri kimi Aqnesin reallığında Sara Proktor/"Dotti Cons" rolunu Emma Kolfrid, Con Kollinz/"Herba Feltman" rolunu Devid Peyton, Saranın həyat yoldaşı Harold/Fil Cons rolunu Devid Lencel, Abilaş Tandon/Norma Centuliççi rolunu Asif Ali, Pizza daşıyıcı/"Dennis Vebber" rolunu isə Amos Qlik canlandırmışlar. Həmçinin "VandaVijn" serialında canlandırdıqları Aqatanın anası Evanora Harkness roluna Keyt Forbs, Nyu-Cersi ştatının İstvyu şəhərinin şerifi roluna isə Brayan Braytman qayıtmışdır.

"Salem yeddiliyinin" ekranda görünən üzvlərindən İlan rolunu Marina Mazepa, Qarğa rolunu Betani Karri, Tülkü rolunu Afina Perampl, Siçovul rolunu Britta Qrant, Bayquş rolunu Alisa Vela-Beyli, Koyot rolunu Çau Naumov canlandırmışlar. Xüsusi dəvət edilmiş qonaq aktyorlar arasında, Elizabet Enveys Elisin anası Lorna Vu rolunda, cavan Liliyanın ustadı rolunda Lora Bokkaletti, Cenniferin keçmişi ilə əlaqəli Həkim rolunda Skott Battler, Ceyd Kvon isə Vunun lənəti ilə əlaqəli demon rolunu canlandırmışlar.

Seriyalar

Qeydlər

İstinadlar

Kateqoriya:Disney+ orijinal proqramları Kateqoriya:Los-Ancelesdə çəkilmiş televiziya şouları Kateqoriya:Dram teleserialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Qorxu teleserialları Kateqoriya:Miniseriallar