Laura Beyli (; ) — ABŞ aktrisası, səs aktrisası və dublyaj rejissoru. O, daha çox anime seriallarının, videooyunların və cizgi filmlərinin ingili dilli versiyalarında personajların əhəmiyyətli bir hissəsini səsləndirməsi ilə tanınır.
O, "Dungeons & Dragons" stolüstü rol oyunu oynayan səs aktyorlarının yer aldığı "Critical Role" internet şousunda müntəzəm olaraq çıxış edir.
Həyatı Laura Beyli 28 may 1981-ci ildə Missisipidə anadan olmuşdur. Onun Cenni adlı böyük bacısı var. Atası Hərbi Hava Qüvvələrində idi, bu da ailənin tez-tez hərəkət etməsinə səbəb olurdu. Texasın San-Antonio şəhərinə köçməzdən əvvəl Oklahomada yaşamışdılar və sonra Beyli altı yaşına çatmazdan əvvəl onlar Texasın şimalına köçmüşdülər. Onlar nəhayət Dallasın ətrafında yerləşən Allen şəhərində məskunlaşmışdılar. Onun aktyorluğa marağı var idi və məktəb tamaşalarında çıxış edirdi, lakin bioloq olmağı planlaşdırırdı. O, Keyti Holmsun müsahibə verdiyi "Dousonun buxtası"nın pərdəarxası filminə baxana qədər aktyorluq karyerası qura biləcəyini dərk etmirdi. Texasın Plano şəhərindəki Kollin Dairə İcma Kollecində teatr proqramında iştirak etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:XXI əsr ABŞ aktrisaları