Maqsud Mahsudov (2 iyun 2007) — Azərbaycanı təmsil edərək 2019-cu ildə və 2021-ci ildə Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanan batut gimnastı.
Karyerası Maqsud Mahsudov 2 iyun 2007-ci ildə anadan olub. 2017-ci ildə Azərbaycan birinciliyində 2-ci yeri tutub. 2018-ci ildə Batumidə keçirilən Beynəlxalq Turnirdə 3-cü yeri qazanmışdır. 2019-cu ildə Vitebsk şəhərində Belarusun əməkdar məşqçisi Valeriy Vagelin xatirəsinə həsr olunmuş Belarus Açıq Çempionatında 3-cü yer, Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında isə 1-ci yeri qazanmışdır. 2021-ci ildə Belarusun Vitebsk şəhərində keçirilən "Belarus Kuboku"nda 3-cü yer, Soçidə keçirilən Avropa Çempionatında 2-ci yer, Azərbaycanın paytaxtı Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarında isə 1-ci yeri tutub.
2022-ci ildə "Dutch Trampoline Open 2022" beynəlxalq turnirində 2-ci yer, Azərbaycan Çempionatı və Birinciliyində 1-ci yer, Riminidə keçirilən "Aere Trampoline Cup" beynəlxalq turnirində və Avropa Çempionatında 1-ci yer, Koimbrada keçirilən beynəlxalq turnirdə 1-ci yer, Arosada "Nissen Cup"da 1-ci yer, Birminhemdə keçirilən Böyük Britaniya çempionatı 1-ci yer, Çex Respublikasında keçirilən "Friendship-2022" beynəlxalq turnirində 1-ci yer, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya yaş qrupları yarışlarında sinxron çıxışlarda 1-ci yer, fərdi çıxışlarda isə 3-cü yeri tutub.
İstinadlar
Xarici keçidlər Mahsudov Maqsud
Kateqoriya:Azərbaycan gimnastları Kateqoriya:Azərbaycanın batut gimnastları