UEFA Çempionlar Liqası 2024/2025 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 70-ci, turnirin adı "Çempion Klublar Kuboku"ndan "UEFA Çempionlar Liqası"na dəyişdirilməsindən sonra isə 33-cü mövsümüdür. Bununla yanaşı, turnir bu mövsümdən etibarən yeni formatda təşkil olunacaq. Belə ki, yeni formatda turnirin qrup mərhələsində xeyli dəyişikliklər nəzərə çarpır. Artıq hər klub müxtəlif rəqiblərlə 8 oyun keçirir və bütün klublar vahid qrupda sıralanır.
Yarışın finalı 31 may 2025-ci ildə Almaniyanın Münhen şəhərindəki Allianz Arenada oynanacaq. Turnirin qalibi növbəti mövsümün Çempionlar Liqasında oynama hüququ əldə etməklə bərabər, həm də 2024-25 mövsümü Avropa Liqası qalibi ilə 2025 UEFA Superkuboku uğrunda mübarizə aparacaq.
Qatılacaq klubların müəyyənləşməsi Bu mövsümün Çempionlar Liqasında UEFA-ya üzv olan 55 ölkə federasiyasının 53-ündən 81 komanda mübarizə aparır. (Rusiya Ukraynaya qarşı müharibəyə başladığı üçün UEFA turnirlərindən dərhal kənarlaşdırılmışdır. Lixtenşteyn Futbol Federasiyasının isə yerli futbol liqası olmadığı üçün bu turnirə qatıla bilmir, yalnız Lixtenşteyn Futbol Federasiyası kubokunun qalibi olan bir klubla UEFA Konfrans Liqasında təmsil olunur) Ölkələrin sırası UEFA Ölkə Reytinqinə əsasən müəyyən edilir. Reytinqə əsasən:
1-dən 5-ci sıraya qədər olan ölkələrdən dörd klub; 6-cı sırada yer alan ölkədən üç klub; 7-dən 15-ci sıraya qədər olan ölkələrdən iki klub; 16–dan 55–ci sıraya qədər olan ölkələrdən bir klub. (Rusiya və Lixtenşteyn xaric); 2023–24 mövsümündə UEFA klub turnirlərində ən yaxşı çıxış etmiş iki ölkədən əlavə bir klub.
Ölkə sıralaması Ölkələrin toplam xalları 2018–19-cu il mövsümündən 2022–23-cü il mövsümünə qədər UEFA klub turnirlərində mübarizə aparmış ölkə komandalarının toplam xallarıdır.
Assosiasiya əmsallarına əsaslanan bölgüdən başqa, ölkələrin Çempionlar Liqasında iştirak üçün əlavə haqq qazandığı komandalar ola bilər:
– 2023–24 ölkə əmsalları sıralamasında ilk iki yeri tutan ölkə assosiasiyaları; – Ötən mövsümün UEFA Avropa Liqası çempionunun aid olduğu assosiasiya.
+2024–25 UEFA Çempionlar Liqası üçün assosiasiyaların reytinq cədvəliSıraAssosiasiyaXalKomandaQeyd1 İngiltərə109.57042 İspaniya92.9983 Almaniya82.4814 İtaliya81.9265 Fransa61.1646 Niderland59.90037 Portuqaliya56.21628 Belçika42.2009 Şotlandiya36.40010 Avstriya34.00011 Serbiya32.37512 Türkiyə32.10013 İsveçrə31.67514 Ukrayna29.50015 Çexiya29.05016 Norveç29.000117 Danimarka27.82518 Rusiya26.275019 Xorvatiya25.4001SıraAssosiasiyaXalKomandaQeyd20 Yunanıstan25.225121 İsrail25.00022 Kipr24.47523 İsveç23.75024 Polşa20.75025 Macarıstan20.62526 Rumıniya20.50027 Bolqarıstan20.00028 Slovakiya19.75029 Azərbaycan16.62530 Qazaxıstan12.62531 Sloveniya12.50032 Moldova12.25033 Kosovo11.04134 Lixtenşteyn11.000035 Latviya10.625136 İrlandiya10.37537 Finlandiya10.20038 Litva10.000SıraAssosiasiyaXalKomandaQeyd39 Ermənistan9.875140 Belarus9.87541 Bosniya və Herseqovina9.75042 Lüksemburq9.00043 Farer adaları8.75044 Şimali İrlandiya8.58345 Malta8.25046 Gürcüstan8.00047 Estoniya7.58248 İslandiya7.25049 Albaniya6.25050 Uels6.16651 Cəbəllütariq5.79152 Şimali Makedoniya5.50053 Andorra5.16554 Monteneqro4.75055 San-Marino1.999
Qeydlər
Klubların bölgüsü Bu turda mübarizəyə başlayacaq klubların sayıBir öncəki turdan gələn klubların sayıBirinci təsnifat mərhələsi (28 klub) 26–28 və 30–55-ci sıralarda yerləşən 28 ölkənin çempionu (Lixtenşteyn xaric)İkinci təsnifat mərhələsi (28 klub)Çempionlar (24 klub) 15–18 və 20–24-cü sıralarda yerləşən 8 ölkənin çempionu (Rusiya xaric) 25 və 29-cu sıradakı 2 ölkənin çempionu (çünki həmin klublar ən çox əmsallara malikdir) Birinci təsnifat mərhələsindən gələn 14 klubÇempion olmayan (4 klub) 11–14-cü sıralarda yerləşən 4 ölkənin ikincisiÜçüncü təsnifat mərhələsi (20 klub)Çempionlar (12 klub) İkinci təsnifat mərhələsindən gələn 6 çempion komandaÇempion olmayan (8 klub) 8 və 9-cu sıralarda yerləşən 2 ölkənin ikincisi 6-cı sıradan yerləşən ölkənin üçüncüsü 5-ci sırada yerləşən ölkənin dördüncüsü 10 və 15-ci sıradakı 2 ölkənin ikincisi (çünki həmin klublar ən çox əmsallara malikdir) İkinci təsnifat mərhələsindən gələn 2 çempion olmayan komandaPlay-off turu (14 klub)Çempionlar (10 klub) 11–13-cü sırada yerləşən ölkələrin çempionları 19-cu sırada yerləşən ölkənin çempionu (çünki həmin klub ən çox əmsala malikdir) Üçüncü təsnifat mərhələsindən gələn 6 çempion komandaÇempion olmayan (4 klub) Üçüncü təsnifat mərhələsindən gələn 4 çempion olmayan komandaLiqa mərhələsi (36 klub) 1–10-cu sıralarda yerləşən 10 ölkənin çempionu 1–6-cı sıralarda yerləşən 6 ölkənin ikincisi 1–5-ci sıralarda yerləşən 5 ölkənin üçüncüsü 1–4-cü sıralarda yerləşən 4 ölkənin dördüncüsü 14-cü sırada yerləşən ölkənin çempionu (çünki həmin klub ən çox əmsala malikdir) 7-ci sırada yerləşən ölkənin ikincisi (çünki həmin klub ən çox əmsala malikdir) 2023–24-cü il ölkə klub əmsalları sıralamasında ilk iki yeri tutan ölkənin (İtaliya və Almaniya) iki klubu Play-off turundan gələn 5 çempion komanda Play-off turundan gələn 2 çempion olmayan komanda1-ci 1/8 final(16 klub) Liqa mərhələsində 9–24-cü yerləri tutan 16 komanda2-ci 1/8 final(16 klub) Liqa mərhələsində 1–8-ci yerləri tutan 8 komanda 1-ci 1/8 final mərhələsindən gələn 8 komanda
Qeydlər
Komandalar – 2023–24 ölkə əmsalları sıralamasında ilk iki yeri tutan ölkə assosiasiyalarının komandaları
+2024–25 UEFA Çempionlar Liqasında iştirak edən klublarTurKomandalarLiqa mərhələsi Real Madrid ÇL-Ç Atalanta AL-Ç Mançester Siti Arsenal Liverpul Aston Villa Barselona Jirona Atletiko Madrid Bayer Leverkuzen Ştutqart Bayern Münhen RB Leypsiq Borussiya Dortmund (PS) İnter Milan Milan Yuventus Bolonya (PS) Paris Sen-Jermen Monako Brest PSV Eyndhoven Feyenoord Sportinq Lissabon Benfika Brügge Seltik Şturm Qrats Şaxtyor Donetsk Pley-off turu Srvena Zvezda Qalatasaray Young Boys Dinamo Zaqreb Üçüncü təsnifat mərhələsi Lill Tvente Yunion Sen-Jil Reyncers Red Bull Salzburq Slaviya Praqa İkinci təsnifat mərhələsi Sparta Praqa Budö-Qlimt Midtyulenn PAOK Makkabi Tel-Əviv APOEL Malmö Yagelloniya Belostok Ferentsvaroş Qarabağ Partizan Fənərbağça Luqano Dinamo Kiyev Birinci təsnifat mərhələsi Styaua Buxarest Ludoqorets Razqrad Slovan Bratislava Ordabası Çimkənd Çelye Petrokub Balkani RFS Şemrok Rovers HJK Helsinki Panevejis Pünik Dinamo Minsk Boraç Banya Luka Differdanj 03 Kİ Klaksvik Larn Hamrun Spartans Dinamo Batumi Flora Tallin Vikinqur Reykyavik Eqnatia Nyu Seynts Linkoln Struqa Santa Koloma Deçiç Virtus
Turnirin təqvimi Oyunların tarixləri aşağıdakı kimidir.
+2024–25 UEFA Çempionlar Liqasının təqvimiMərhələTurPüşk tarixiBirinci oyunİkinci oyunTəsnifat mərhələləriBirinci təsnifat mərhələsi18 iyun 20249–10 iyul 202416–17 iyul 2024İkinci təsnifat mərhələsi19 iyun 202423–24 iyul 202430–31 iyul 2024Üçüncü təsnifat mərhələsi22 iyul 20246–7 avqust 202413 avqust 2024Pley-offPley-off turu5 avqust 202420–21 avqust 202427–28 avqust 2024Liqa mərhələsi1. oyunlar29 avqust 202417–18 sentyabr 20242. oyunlar1–2 oktyabr 20243. oyunlar22–23 oktyabr 20244. oyunlar5–6 noyabr 20245. oyunlar26–27 noyabr 20246. oyunlar10–11 dekabr 20247. oyunlar21–22 yanvar 20258. oyunlar29 yanvar 2025Finala doğru gedilən mərhələlər1-ci 1/8 final31 yanvar 202511–12 fevral 202518–19 fevral 20252-ci 1/8 final21 fevral 20254–5 mart 202511–12 mart 20251/4 final8–9 aprel 202515–16 aprel 2025Yarımfinal29–30 aprel 20256–7 may 2025Final31 may 2025, Allianz Arena, Münhen
Təsnifat mərhələləri Birinci təsnifat mərhələsi Birinci təsnifat mərhələsinin püşkü 18 iyun 2024-cü ildə atıldı. İlk oyunlar 9, 10 iyul, ikinci oyunlar isə 16 və 17 iyul 2024 tarixlərində oynandı. Bu mərhələdə mübarizəni dayandıran 14 klubun 12-si Konfrans Liqasının ikinci təsnifat mərhələsində, püşkün nəticəsində rəqibləri bəlli olmayan 2 klub isə birbaşa olaraq Konfrans Liqasının üçüncü təsnifat mərhələsində yollarına davam edəcəklər.
İkinci təsnifat mərhələsi Birinci təsnifat mərhələsinin püşkü 19 iyun 2024-cü ildə atıldı. İlk oyunlar 23, 24 iyulda, ikinci oyunlar isə 30, 31 iyulda oynandı. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın üçüncü təsnifat mərhələsində yollarına davam edirlər.
!colspan=6|Çempionlar
!colspan=6|Qeyri–çempionlar
Üçüncü təsnifat mərhələsi Üçüncü təsnifat mərhələsinin püşkü 22 iyul 2024-cü ildə atıldı. İlk matçlar 6 və 7 avqustda, ikinci matçlar isə 13 avqustda oynandı. Bu mərhələdə mübarizəni dayandıran çempion klublar Avroliqanın play-off turunda, çempion olmayan klublar isə liqa mərhələsində iştirak etmək hüququnu əldə edəcəklər.
!colspan=6|Çempionlar
!colspan=6|Qeyri-çempionlar
Pley-off turu Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələnin püşkü 5 avqust 2024-cü ildə atıldı. İlk matçlar 20–21, ikinci matçlar isə 27–28 avqustda oynanacaq. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın liqa mərhələsində iştirak hüququ əldə edəcəklər.
Klubların sinifləndirilməsi ÇempionlarQeyri-çempionlarSəpələnmişlərSəpələnməmişlərSəpələnmişlərSəpələnməmişlər
Oyunlar
!colspan=6|Çempionlar
!colspan=6|Qeyri-çempionlar
Liqa mərhələsi Liqa mərhələsinin püşkü 29 avqust 2024-cü ildə, Monakoda atıldı.
Həmçinin bax UEFA Avropa Liqası 2024/2025 2025 UEFA Superkuboku
İstinadlar
Kateqoriya:2024-cü ildə futbol Kateqoriya:2025-ci ildə futbol Kateqoriya:UEFA Çempionlar Liqasının mövsümləri