– Yaponiya tarixçisi, Yaponiya imperializminin tənqidçisi. İenaqa Yaponiyanı İkinci Dünya müharibəsindəki aqressiyası üçün məsuliyyət götürməyə səsləmişdir. 1960–1970-ci illərdə Yaponiya Təhsil Nazirliyi tərəfindən nəzarət olunan dərslik təsdiqi sisteminə qarşı gəlməsinə görə tanınmışdır. 1999-cu ildə sülh üzrə Nobel mükafatına namizəd göstərilmişdir.
İlk illəri 3 sentyabr 1913-cü ildə Yaponiyanın Ayçi prefekturasında doğulmuşdur. 1937-ci ildə Tokio Universitetinin ədəbiyyat fakültəsindən məzun olmuşdur. 1941-ci ildə Niiqatada lisey müəllimi kimi işləmişdir. Müharibəyə qarşı olsa da, müxalifət sıxışdırıldığı üçün hökumətə qarşı gəlməkdən çəkinmişdir. 1949–1977-ci ilərdə Tokio Təhsil Universitetinin professoru olmuşdur.
Fəaliyyəti İenaqa İkinci Dünya müharibəsindən sonra Nankin qətliamı və 731-ci dəstə haqqında ətraflı məlumatlar yazmağa başlamışdır. 1952-ci ildə təqdim etdiyi Yaponiya tarixi dərsliyi Təhsil Nazirliyi tərəfindən senzuraya məruz qalmışdır. Nazirlik dərslikdə 200-dən çox dəyişiklik aparmış, 731-ci dəstənin varlığının sübut edilmədiyini əsas gətirərək 731-ci dəstə haqqındakı bütün məlumatları çıxarmışdır.
İenaqa 1965 və 1967-ci illərdə onun yüzlərlə dəyişiklik apardığı lisey dərsliyini təsdiqləməkdən imtina etdiyi üçün Təhsil Nazirliyini məhkəməyə vermişdir. O, bildirmişdir ki, nazirliyin təsdiqi olmadan dərsliklərin nəşr oluna bilməməsi konstitusiyada göstərilmiş fikir azadlığına ziddir və təhsil prosesində qəbuledilməz kontrola səbəb olmuşdur. Tokio Rayon Məhkəməsi 1970-ci ildə İenaqanın xeyrinə qərar çıxarsa da, Ali Məhkəmə hökmü geri qaytarmışdır.
İenaqanın 30 ildən çox davam edən mübarizəsi yapon militarizmi və dərsliklərin təsdiqi sistemi haqqında ictimai şüurun yaranmasına səbəb olmuşdur. Yaponiyada 25.000-dən çox şəxs ona dəstək olmaq üçün imza atmışdır. 1990-cı ildə Təhsil Nazirliyi dərsliklərdə Nankin qətliamı və seks köləsi kimi istifadə olunmuş koreyalı qadınlar haqqında məlumatların əlavə olunmasına razı olmuşdur. 1997-ci ildə Ali Məhkəmə İenaqanın 731-ci dəstə haqqında haqlı olduğunu qəbul etmiş və 300.000 yen təzminat ödəmək barədə qərar qəbul etmişdir.
Əsərləri 50-dən çox akademik kitabın müəllifidir. 1968-ci ildə kitabını nəşr etdirmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya tarixçiləri Kateqoriya:İmperator Mükafatının laureatları