Ovçunun intiqamı () — Conatan Mostounun rejissorluğu ilə çəkilmiş ingilis-amerikan filmidir. Filmin süjet xətti gənc bir qadına ailəsinin öldürülməsində iştirak edənlərdən intiqam almağa kömək edən qatil haqqındadır. Filmdə baş rolda Sem Vortinqton çəkilmişdir. Filmin premyerası 8 iyun 2017-ci ildə baş tutmuşdur.

Süjet xətti

Lukas (Sem Vortinqton) adlı muzdlu qatilə Ella (Odeya Raş) adında gənc bir qızı öldürmək tapşırığı verilir, lakin Lukas qızı öldürməyə cəsarət etmir. Ellanın öldürülməsi planı baş tutmayandan sonra, bu işdə marağı olanlar onların hər ikisinin qətlinə fərman verirlər. Həyatda qalmaq üçün isə qatil ilə qız məcburi olaraq öz aralarında ittifaq yaradırlar. Bütün Avropada təqib edilən bu cütlüyün sağ qalmaq üçün yeganə ümidi qızın ailəsinin vəhşicəsinə qətlinə görə məsuliyyət daşıyanları ifşa etmək və onları ədalət məhkəməsinə təhvil verməkdir.

Rollarda

Sem Vortinqton — Stiven Lukas Odeya Raş — Ella Hatto Allen Liç  — Riçard Edison Martin Kompston — İtan Eudalt Font — Serxiyo Samira Rok (titrlərdə: Samira Eligeti kimi verilmişdir) — Silvi Emi Landeker — Benks Veronika Eçeqi — Dani Klaudiya Truxilo — Mimi

İstinadlar

Xarici keçidlər

Interview with author Kevin Wignall

Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Triller filmləri Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:2017-ci ilin filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:Fransa haqqında filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:İngiltərədə çəkilən filmlər Kateqoriya:2010-cu illərin filmləri Kateqoriya:2010-cu illərin ABŞ filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:2010-cu illərin döyüş filmləri Kateqoriya:Narkomaniya haqqında filmlər Kateqoriya:2017-ci ilin Almaniya filmləri Kateqoriya:2017-ci ilin ABŞ filmləri Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:Macarıstanda çəkilmiş filmlər Kateqoriya:2017-ci ilin ingilis dilli filmləri Kateqoriya:Sui-qəsdlər haqqında filmlər Kateqoriya:Almaniyanın döyüş triller filmləri Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər