Vətəndaş jurnalistikası — internetin inkişafı ilə geniş yayılmış jurnalistika növü və ya alternativ media formasıdır. Vətəndaş jurnalistikası bəzən aşağıdakı kimi də adlanır. iştirakçı jurnalistikası; partizan jurnalistikasıCase, J. A. "Recovering the Radical: Biocybernetic Subversion in Guerrilla Video Primer ." Paper presented at the NCA 93rd Annual Convention, Chicago, IL, November 14, 2007.; küçə jurnalistikası; demokratik jurnalistikaBaase, S. "A Gift of Fire". Prentice Hall, 3rd edition, 2008..

Vətəndaş jurnalistikası adi vətəndaşların informasiyanın yığılması, təhlili və yayılması prosesində fəal iştirakına əsaslanırBowman, S. and Willis, C. "We Media: How Audiences are Shaping the Future of News and Information." 2003, The Media Center at the American Press Institute.. Qeyri-peşəkar müəlliflərin fəaliyyətini nəzərdə tutan vətəndaş jurnalistikası yeni rəqəmsal texnologiyalar ilə qarışdırılmamalıdır. Vətəndaş jurnalistikasının nümayəndələri ya ənənəvi medianın diqqətindən kənarda qalan hadisələri, ya da geniş müzakirə olunan məsələləri daha ətraflı işıqlandıra və ya birinci eşitdiyi mənbədən əldə etdikləri məlumatı (hadisə yerindən video çəkilişlər, şahid ifadələri) verə bilərlər. Vətəndaş jurnalistikasının inkişafına əsasən öz istifadəçilərinə "əsas etibarilə yeni qarşılıqlı əlaqə və interaktiv iştirak mexanizmləri" təqdim edən yeni media kömək edir. İnternet və sosial şəbəkələr sayəsində bu gün məlumatı yaymaq, maraq doğuran məlumatları tapmaq, həmçinin ictimaiyyətin diqqətini müəyyən problemlərə cəlb etmək xeyli asan və rahatdır. Vətəndaş jurnalistikasının nümayəndələri hekayələrini media vasitələri ilə yayaraq müəyyən onlayn auditoriyanı cəlb edə bilirlər. Vətəndaş jurnalistikasının yaxşı, hərtərəfli tərifini sərbəst jurnalist Mark Qlasser verir. Onun sözlərinə görə, vətəndaş jurnalistikasının ideyası ondan ibarətdir ki, peşəkar jurnalistika təhsili olmayan insanların informasiya yaratmaq və yaymaq, ənənəvi medianın təqdim etdiyi məlumatların düzgünlüyünü yoxlamaq üçün müasir vasitələrdən və internet texnologiyalarındanistifadə edə bilərlər. Bu, adi vətəndaşın hansısa sosial əhəmiyyətli hadisə ilə bağlı yazısı, ənənəvi mediada jurnalistin qərəzliliyini və ya faktların etibarsızlığını göstərən məqalənin tənqidi və ya hadisə yerindən yerləşdirilən fotoşəkil və ya video çəkiliş ola bilər.

Tarix "Vətəndaş jurnalistikası" anlayışı ABŞ-də yaranıb. Bu anlayış internetdən bir müddət əvvəl yaranıb və oxucuların vətəndaş fəallığının inkişafına, onların ictimai həyata cəlb edilməsinə yönəlmiş bir fəaliyyət növü hesab olunur. Vətəndaş jurnalistikası qeyri-peşəkar müəlliflərin bloqlarda, sosial şəbəkələrdə, mikrobloq adlanan üsullarla, eləcə də ənənəvi media xidmətləri vasitəsilə həyata keçirilən fəaliyyətini əhatə edir. Burada fəaliyyət subyektləri vətəndaşların özləridir. İnsanlar 2000-ci illərin ortalarında digər insanların fotolarından, videolarından və audiolarından müəlliflik hüququ ilə istifadə etməyə imkan verən bloqosferanın dünya ictimaiyyətinə təsirinin artması ilə əlaqədar olaraq əhəmiyyətli bir fenomen kimi vətəndaş jurnalistikası haqqında danışmağa başladılar. Vətəndaş jurnalistikasının inkişafı tarixinə təkan verən hadisələrdən biri də 11 sentyabr hadisələri oldu. Əgər buna qədər insanlar əsasən bloqlarında hansısa hadisə ilə bağlı fikirlərini bildirirdilərsə, 11 sentyabr terror hadisəsindən sonra bir çox vətəndaşlar yeni məlumatları aktiv şəkildə paylaşmağa başlayıblar. Şahidlər öz hekayələrini internetdə yerləşdirib, video və fotoşəkilləri yükləyib, baş verənlərin şəklini əlavə ediblər.

İstinadlar

Kateqoriya:Vətəndaş jurnalistikası