Mahirə Ağazadə (23 avqust 1991, Bakı, SSRİ Azərbaycan) — azərbaycanlı keçmiş peşəkar qadın futbolçu. Azərbaycanın qadınlardan ibarət milli komandasının keçmiş yarımmüdafiəçisi. 2 dəfə Azərbaycan çempionu, 2 dəfə gümüş mükafat sahibi. UEFA Çempionlar Liqasında 15 yaşında çıxış etmiş ən gənc Azərbaycanlı qadın futbolçu. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim vəzifəsində çalışır.

Həyatı və karyerası 2004-cü ildə peşəkar futbola "Bakılı"klubunda başladı. İlk sezon 3-cülük əldə etdilər. Sonraki sezon "Ruslan-93" klubuna keçdi. Həmin sezon yəni 2005-ci ildə isə "Ruslan-93" klubu ilə 2-cilik əldə etmişdir.

2006 sezonunda mübarizə zamanı çempionluq qazanmışdır.

2007-ci ildə də eyni uğuru təkrarladıqdan sonra daha mötəbər yarışda iştirak etmişdir: https://web.archive.org/web/20070508232945/http://www.affa.az/?lang=az&p=w_football UEFA Çempionlar Liqası. Həmin il "Ruslan-93" klubu ilə Azərbaycanı təmsil etmişdir. Mahirə Ağazadə, 15 yaşında meydana çıxması ilə diqqəti çəkmişdir. Oyunun 83-cü dəqiqəsində artıq meydanda mübarizəyə başlamışdı. Meydanda təcrübə qazanan Mahirə, Qazaxıstan klubuna qarşı oyunda da elə 90+1-ci dəqiqədə meydana daxil olmuşdu. https://www.uefa.com/womenschampionsleague/match/301077--biik-shymkent-vs-ruslan-93/ Moldovanın Narta klubuna qarşı oyunda 66-cı dəqiqədə meydana daxil olmuş, mübarizə aparmışdır.

Növbəti sezon artıq Azərbaycanda çempionat ləğv edildi. Bu dönəmdə isə Mahirə Ağazadə də futbola qısa müddətlik ara verdi. 2009-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Materialşünaslıq mühəndisliyi ixtisasına qəbul olaraq ali təhsil almağa başladı. 2014-cü ildə isə müəllim olaraq çalışmağa başladı.

Paralel olaraq Azərbaycan Qadın Futbol turniri yenidən başladı. 2015/2016 sezonunda futbola qayıdaraq "Vətən" klubu ilə turnirdə iştirak etdi və bürünc mükafat qazandı. Həmin sezon peşəkar karyerasını rəsmi olaraq bitirdi.

Milli Karyerası 2008-ci ildə Azərbaycan milli yığmasında və U19 millisində çıxış etmişdir.https://web.archive.org/web/20070508232945/http://www.affa.az/?lang=az&p=w_football

Beynəlxalq qollar Tarix Hadisə Dəqiqə Rəqib Yekun Hesab Turnir 02.10.2007 Qol 52 Ermənistan2-22008 Avropa Çempionatı seçmə mərhələ

Uğurları Ruslan-93 FK frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Çempion (2): (2006/2007, 2007/2008) frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Gümüş (2): (2004, 2005) Bakılı FK frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Gümüş (1): (2004) Vətən frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Gümüş (1): (2015/2016)

İsinadlar

Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Ruslan-93 FK (qadın) futbolçuları