– Yaponiyanın Hiroşima prefekturasının Takehara şəhərinə daxil olan Okunoşima adasında yerləşən dəniz mayakı.

Tarixi Köhnə Okunoşima mayakı 1893-cü ildə Mihara yaxınlığından keçən dəniz yolunun təhlükəsizliyini təmin etmək məqsədilə tikilmişdir. 15 may 1894-cü ildə yandırılmışdır. İkinci Dünya müharibəsi zamanı Yaponiya ordusu tərəfindən gizli zəhərli qaz istehsalı yeri kimi istifadə olunduğu üçün mayak 1945-ci ilə qədər "xəritələrdən yoxa çıxmışdır".

Orijinal mayak 1992-ci ilə qədər fəaliyyət göstərdikdən sonra Şikoku Muraya köçürülmüşdür. İndiki mayak 1992-ci ildə tikilmiş yeni Okunoşima mayakıdır.

Okunoşima mayakı Yaponiyadakı dəniz mayaklarını tanıtmaq məqsədilə yaradılmış "İşığın qoruyucusu" layihəsinin 47-ci mayakı seçilmişdir. Layihə çərçivəsində mayakın insan təcəssümü kimi yaradılmış personaj adanın qoruyucu talismanı kimi təqdim olunmuşdur. Mayak 2016-cı ildə Yaponiya mayaklarının tarixi və mədəni dəyərlərini tanıtmaq üçün başladılmış "Sevgi mayakları" layihəsi çərçivəsindən seçilmiş 21 mayakdan biri olmuşdur.

Xüsusiyyətlər Mayakın bünövrəsinin ölçüsü 3,8 metr, mayakın hündürlüyü 8,5 metrdir. Mayakın güllə hissəi yonulmuş qranit daşlarından hazırlanmışdır. Tökmə dəmirdən hazırlanmış yuxarı hissəsi isə 2,4 metr hündürlüyündədir. Mayak Kure Sahil Mühafizə Xidməti tərəfindən idarə olunur.

Qalereya

İstinadlar

Kateqoriya:Hiroşima prefekturası tikililəri Kateqoriya:Okunoşima Kateqoriya:Yaponiya mayakları Kateqoriya:Takehara Kateqoriya:1894-cü ildə tamamlanmış binalar və tikililər