Müttəfiqlər () — Robert Zemekisin rejissorluğu və Stiven Naytın yazdığı süjet xətti ilə çəkilmiş və İkinci Dünya müharibəsindən bəhs edən romantik triller filmi. Filmdə baş rolları Bred Pitt və Marion Kotiyar ifa etmişdirlər. Film 23 noyabr 2016-cı ildə Paramount Pictures tərəfindən ABŞ-da nümayiş etdirilmişdir.

Filmin əsas çəkilişləri 2016-cı ilin fevral ayında Londonda başlanmış və 2016-cı ilin may ayında Mərakeşdə çəkilən səhnələr növbəti aylarda Kanar adalarında davam etdirilmişdir. Coanna Conston bu film üçün geyim dizayneri olmuş və geyimlərin dizaynlarını filmin personajlarının düşüncə tərzinə və situasiyaya görə müəyyənləşdirmişdir.

Filmin premyerası 9 noyabr 2016-cı ildə Los-Ancelesdə baş tutmuş və 23 noyabr 2016-cı ildə Paramount Pictures tərəfindən ABŞ-da nümayiş etdirilmişdir. Film tənqidçilərdən kostyum dizaynı, operator işi (kinomatoqrafiya) və musiqi partiturasına görə təriflərlə bərabər qarışıq rəylər almış, lakin ssenarisinə və aktyorlar arasında sintezin olmamasına görə də tənqid edilmişdir. Film təxmini olaraq büdcəsi 85-113 milyon dollar arasında olmuşdur. Filmin gəlirləri isə yerli bazardan 40,1 milyon dollar, xarici bazarlardan isə 119 milyon dollar təşkil etmişdir. Buna görə də bu film kassada çox da müvəffəqiyyətli bir film hesab edilmir. Film 89-cu Oskar mükafatı mərasimində ən yaxşı kostyum dizaynı nominasiya üzrə bu mükafata namizəd olmuşdur.

Aktyor heyəti Aktyor Rolu Bred Pitt Maks Vatan Marion Kotiyar Mariann Bosejur Cared Harris Frenk Heslop Metyu Qud Qay Senqster Lizzi Kaplan Bricit Vatan Anton Lesser Emmanuel Lombard Auqust Dil Hobar Kamil Kotten Monik Şarlotta Houp Luiza Merion Beili xanım Sinkler Saymon Makberni Britaniya Xüsusi Xidmət Mərkəzinin əməkdaşı Deniel Betts Corc Kavana Terri Fremon Pol DelamarReffi KessidiAnna Vatan

İstinadlar

Kateqoriya:2016-cı ilin ABŞ filmləri Kateqoriya:LGBT mövzulu ABŞ filmləri Kateqoriya:LGBT mövzulu Britaniya filmləri Kateqoriya:Fransa haqqında filmlər Kateqoriya:İngilis dilində romantik triller filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:Dramatik müharibə filmləri Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:Alan Silvestrinin film musiqiləri Kateqoriya:2016-cı ilin dram filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:ABŞ-nin romantik triller filmləri Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:Britaniyanın melodram filmləri Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:Romantik müharibə filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Robert Zemekisin prodüseri olduğu filmlər Kateqoriya:Lezbiyan filmləri Kateqoriya:Ssenari müəllifi Stiven Nayt olan filmlər Kateqoriya:2010-cu illərin Böyük Britaniya filmləri