thumb|right|250px|Prespa bölgəsinin 2009-cu il topoqrafik xəritəsi
Prespa — Şimali Makedoniya, Yunanıstan və Albaniya arasında paylaşılan bölgə.Dr. Elli Louka, Water Law and Policy Governance Without Frontiers , Oxford University Press, 2008, , p. 355. Bölgənin ortasında yerləşən Prespa gölləri ilə eyni adı paylaşır. Ən böyük yaşayış məntəqəsi 9 min nəfərin yaşadığı Şimali Makedoniyanın Resen qəsəbəsidir.
Tarixi İki Balkan müharibəsindən sonra Osmanlının Avropadakı ərazilərinin bölünməsinin nəticəsi olaraq bölgə bu gün 3 ölkə arasında bölünür. Roma hakimiyyəti dövründə bu bölgə boyunca məşhur Eqnati yolu inşa edilmişdir. Yolla yanaşı, burada bir neçə qəsəbə də salınıb. VI-VII əsrlərdə slavyan tayfaları Prespada daimi məskunlaşmamışdı.Tibor Živković et al., The World of the Slavs: Studies of the East, West and South Slavs: Civitas, Oppidas, Villas and Archeological Evidence (7th to 11th Centuries AD) Istorijski institut, 2013, , p. 184. Slavlar artıq talan edilmiş və əhalisi azalmış bölgəni keçib getmiş, lakin cənubdan Aralıq dənizi sahillərinə qədər davam etmişdilər.Ivan Mikulčiḱ, Medieval towns and castles in the Republic of Macedonia, Book 5 of Makroproekt "Istorija na kulturata na Makedonija", Macedonian Academy of Sciences and Arts, 1996, p. 27.
X əsrin sonu və XI əsrin əvvəllərində Komitopulların hakimiyyəti dövründə Prespa gölü ilə yanaşı, Prespa şəhəri də Birinci Bolqar İmperiyasının paytaxtı kimi qeyd olunurdu.Paul Stephenson, The Legend of Basil the Bulgar-Slayer, Cambridge University Press, 2003, , p. 16. Bu şəhər həm də Bolqarıstan Patriarxlığının iqamətgahı idi, hansı ki sonradan Ohrid Bolqar Patriarxlığına köçürüldü.
1888-ci ildə Aşağı Prespanın Germanos kəndində, Samuilin valideynlərinin, atası Nikolayın, anası Ripsimia və qardaşı Davidin 993-cü ilə aid baş daşı tapıldı.Florin Curta, Eastern Europe in the Middle Ages (500-1300) (2 vols) BRILL, 2019, , p. 581. İstinadlar
Kateqoriya:Şimali Makedoniya coğrafiyası Kateqoriya:Yunanıstanın tarixi vilayətləri Kateqoriya:Albaniyanın tarixi vilayətləri