Bakı Təşəbbüs Qrupu və ya qısaca BTQ – dekolonizasiya və insan hüquqları sahələrində beynəlxalq tərəfdaşlıqların inkişafını dəstəkləyən beynəlxalq qeyri-hökumət təşkilatı. Qrupun icraçı direktoru Abbas Abbasovdur. Təşkilat Fransa tərəfindən tənqidlərlə üzləşmiş və xarici müdaxilə kimi qiymətləndirilmişdir.

Tarixi Bakı Təşəbbüs Qrupunun yaradılması barədə qərar 6 iyul 2023-cü ildə Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Bakıda keçirilmiş dəyirmi masa zamanı verilmişdir. Tədbir zamanı Martinika, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futuna, Solomon adalarının nümayəndələri çıxış etmişlər. Təşkilatın ofisi 21 oktyabr 2023-cü ildə Bakıda yerləşən "Winter Park Plaza"da açılmışdır.

Fəaliyyət Qrupun məqsədi müstəmləkəçilikdə olan dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verməkdir. 22 sentyabr 2023-cü ildə qrup tərəfindən BMT-də "Dekolonizasiya: Sakit inqilab" mövzusunda konfrans keçirmişdir. 20 oktyabr 2023-cü ildə qrupun təşəbbüsü ilə 14 ölkənin, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçilərinin iştirak etdiyi "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" adlı beynəlxalq konfrans baş tutmuşdur. 21 noyabr 2023-cü ildə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfrans keçirilmişdir.

20 iyun 2024-cü ildə qrupun təşəbbüsü ilə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında "Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Fransa və Niderlandın müstəmləkəsi olan 8 ərazidən nümayəndələr iştirak etmişlər.

Ərazilər Bakı Təşəbbüs Qrupu aşağıdakı müstəmləkə ərazilərin dekolonizasiyasını dəstəkləyir, həmin ərazilərin nümayəndələri ilə əməkdaşlıq edir. Bundan əlavə, Komor adaları, Haiti kimi keçmiş Fransa müstəmləkələri də Bakı Təşəbbüs qrupu tərəfindən keçirilən tədbirlərdə iştirak edirlər.

: Yeni Kaledoniyanın nümayəndə heyəti ilə qrup arasında daimi görüşlər təşkil olunur. BTQ 2024-cü ildə müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkatla birgə Yeni Kaledoniya dəstəkləyən və Fransanı pisləyən bəyanət yayıb. Kanak İşçiləri Həmkarlar İttifaqının xarici məsələlər üzrə koordinatoru Rok Xaokas qrupun fəaliyyətini yüksək dəyərləndirib. : 30 aprel 2024-cü ildə Fransız Polineziyasının "Tavini" partiyası ilə qrup arasında əməkdaşlıq memorandumu imzalanıb.

: "Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqı"nın Baş katibi Jan Jakob Bisep gördüyü işlərə görə qrupa təşəkkür edib. : sen-martenli hüquq müdafiəçisi Roda Arrindell Fransa müstəmləkəçiliyindən xilas olmaq üçün qrupun dəstəyinə inandığını bildirib. 6 dekabr 2024-cü ildə "Fransa və Niderlandın Sen-Martendə müstəmləkə hakimiyyəti – bir ada, bir xalq, bir tale" adlı konfrans keçirilmişdir. Konfrans zamanı Sen Martinin Birliyi Assosiasiyası ilə memorandum imzalanmışdır. : "Boneyr İnsan Hüquqları Təşkilatı"nın prezidenti Davika Bissessar dekolonizasiyaya dəstək verdiyi üçün qrupa təşəkkür edib. 22 avqust 2022-ci ildə Bakıda "Boneyr adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Boneyrin xalqının təmsilçiləri iştirak etmişlər. Bakı Təşəbbüs Qrupu və Boneyra QHT-ləri arasında əməkdaşlıq sazişi imzalanmışdır.

: qrup Korsikanın "Nazione" müstəqillik hərəkatına dəstək verdiyini açıqlayıb. : özü müstəqil olsa da, Mayotta adasının Fransa işğalı altında olduğunu iddia edərək geri qaytarılmasını tələb edir, bu səbəbdən Bakı Təşəbbüs Qrupunda fəaliyyət göstərir. 2 avqust 2024-cü ildə BTQ ilə Mayotta adasının nümayəndə heyəti arasında görüş keçirilmişdir. "Qəmər Adaları İttifaqının Mayotta adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda olan konfrans zamanı Maore Komitəsi ilə əməkdaşlıq memorandumu imzalanmışdır. : 21 yanvar 2025-ci ildə "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda müstəqillik uğrunda mübarizə aparan Reyunyon xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri iştirak etmişlər. Konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu və "Ka Ubuntu" Müstəqillik Təşkilatı arasında Anlaşma Memorandumu imzalanmışdır. Anlaşma Memorandumu yalnız siyasi müstəvidə deyil, BTQ və "Ka Ubuntu" Müstəqillik Hərəkatı arasında təhsil və səhiyyə sahələrində də əməkdaşlığı əhatə edir.

Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən Beynəlxalq Dekolonizasiya Cəbhəsi yaradılıb. Beynəlxalq Dekolonizasiya Cəbhəsi 23–24 yanvar tarixlərində Kanakidə keçirilən konqresdə Prezident İlham Əliyevin "Dəmir Yumruğ"unu özünə rəsmi rəmz olaraq qəbul edib.

Tənqid Təşkilat Fransa hakimiyyət orqanları tənqidlərlə üzləşmiş, Azərbaycanın Yeni Kaledoniyaya müdaxiləsi kimi qiymətləndirilmişdir. 2024-cü ildə Yeni Kaledoniyada baş verən etirazlar zamanı təşkilatın dəstəyi ilə etirazçıların qrupun loqosu olan köynəklər geyindiyi iddia edilmişdir. Yeni Kaledoniya Milli Assambleyasının deputatı Nikolas Metsdorf Bakı Təşəbbüs Qrupunun bu müdaxiləsinin Avropa Parlamenti tərəfindən tənqid olunmasını istəmişdir. Fransanın VIGINUM hökumət agentliyi təşkilatın Korsika kimi Fransa ərazilərində onlayn müzakirələri və istifadəçiləri manipulyasiya etməyə çalışdığını bildirmişdir.

2025-ci ilin aprelində Fransa Xarici İşlər Naziri Manuel Vals təşkilatın Yeni Kaledoniyanın gələcəyi ilə bağlı vasitəçilik təklif edən məktubunu "Fransanın sabitliyini pozma cəhdi" kimi qiymətləndirmişdir. Yayımlanan bəyanatda Fransanın Bakı Təşəbbüs Qrupunu tanımadığı bildirilmişdir.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Neokolonializm Kateqoriya:Azərbaycan–Yeni Kaledoniya münasibətləri Kateqoriya:Bakı təşkilatları Kateqoriya:Kolonializmə qarşı müqavimət Kateqoriya:Azərbaycanın yumşaq gücü və mədəni diplomatiyası Kateqoriya:Bakıda yerləşən beynəlxalq qurumlar