– Edo dövrünün əvvəllərində yaşamış Yaponiya hayku şairi.
İlk illəri Nozava Bonçu 1640-cı ildə Kaqa əyalətində (indiki İşikava prefekturası) doğulmuşdur. Kiotoda həkim kimi işləmişdir.
Ədəbi yaradıcılığı O, Matsuo Başonun şagirdi olmuşdur. Mukay Kyoray ilə birlikdə əməkdaşlıq edərək 1691-ci ildə Başo məktəbinin vacib antologiyalarından biri olan "Sarumino" () əsərini tərtib etmişdir. Antologiyaya daxil olan və Başonun rəhbərliyi ilə yazdığı 41 hayku şeiri yaradıcılığının ən yaxşı işləri hesab olunur. Bu şeirləri Masaoka Şiki kimi müasir yapon şairlərə təsir göstərmişdir. Törətdiyi bir cinayətdən sonra həbs olunmuş və şeir yazmağı dayandırmışdır. Azadlığa çıxdıqdan sonra Osakaya köçmüş və yoxsulluq içində ölmüşdür.
Bonço "Başonun böyük 10 şagirdi"ndən biri kimi tanınır. Onun həyat yoldaşı Tome də hayku şeirləri yazmışdır.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Edo dövrü şəxsləri Kateqoriya:Yaponiyanın hayku şairləri