Qitanas Nauseda (; ) — Litva siyasətçisi, iqtisadçısı və bankiri. O, 2019-cu ildən Litvanın 9-cu prezidentidir. Nauseda 12 may 2024-cü ildə keçirilən Litva prezident seçkilərində 1-ci tur üçün lazım olan 50% səsi toplaya bilməmiş, nəticədə seçkilər 2-ci tura qalmışdır. O, 26 mayda keçirilən ikinci turda ümumi səslərin 75.58%-ini alaraq yenidən növbəti 5 il üçün Litva prezidenti seçilmişdir. Bir ay vəzifədə qaldığı müddətdə keçirdiyi sorğulara görə, o, Litvanın ən etibarlı siyasətçisi hesab edilirdi.
İstinadlar
Kateqoriya:Litva prezidentləri
Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri