26 komissar filmi rejissor Nikolay Şengelaya tərəfindən 1932-ci ildə ekranlaşdırılmışdır. Film Azərfilm kinostudiyasında istehsal edilmişdir. Tarixi-inqilabi film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.29. Filmdə əsas rolları Kazım Həsənov, Xeyri Əmirzadə, Əlisəttar Məlikov, İvan Klyukvin, Vasili Kovrigin, N. Kulikov, Allahverdi Məlikov və Veriko Ancaparidze ifa edirlər.

Məzmun Film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır.

Film haqqında Bu film montaj kinosu tarixinə yeni səhifə yazmışdır.

Mükafat Rejissor Nikolay Şengelaya filmə görə Az.MİK-in fəxri fərmanı və üstündə ad yazılmış qızıl saatla təltif olunmuşdur (1933).

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Aleksandr Rjeşevski, Nikolay Şengelaya, A. Amiraqov Rejissor: Nikolay Şengelaya Operator: Yevgeni Şneyder Rəssam: Viktor Aden

Rollarda Kazım Həsənov — Stepan Şaumyan Xeyri Əmirzadə — komissar Əlisəttar Məlikov — bolşevik İvan Klyukvin — Petka Vasili Kovrigin — matros Vaska N. Kulikov — rus fəhləsi Allahverdi Məlikov — türk fəhləsi Veriko Ancaparidze — fəhlə arvadı Pyotr Morskoy — cəbhədən gələn bolşevik İqor Savçenko — eser lideri Kote Andronnikov — daşnakların lideri Mixail Abesadze — "mauzerçi" P. Ryazanov — general Denvil X. Venarikov — kapitan Conson Mustafa Mərdanov — menşevik

İstinadlar

Mənbə Газ. "Правда". 6 декабря 1932 года. Газ. "Кино". 16 января 1933 года. "26 комиссаров". Москва: Гизлегпром, 1933.- стр. 3-4. "Слова оператора". "26 комиссаров". Москва: Гизлегпром, 1933.- стр. 11. Nəcəfov, M. “26-ların güllələnməsi” //İnqilab və mədəniyyət.- 1952.- № 9.- səh. 126. Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Эдхем Кулибеков. Киноискусство Азербайджана. Баку: Азернешр, 1960.- стр. 20. "Очерки истории КП Азербайджана". Баку, 1963.- стр. 284. Н. Лебедев. "Очерк истории кино СССР". Москва, 1965.- стр. 534. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. *Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 31-37.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1932-ci ilin Azərbaycan filmləri 1930-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1932-ci ilin filmləri Kateqoriya:1932-ci ilin Azərbaycan filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın səssiz filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:SSRİ-nin dram filmləri