İkamiyaba və ya iyakamiyaba (Tupi i + kama + îaba; ) — Amerikanın yerli xalqları arasında yayılmış qadın döyüşçülərdən ibarət əfsanəvi icmaya verilən ümumi təyinat. Onlar kişilər olmayan, qadın döyüşçülərlə xarakterizə olunan matriarxal cəmiyyət təşkil edirdilər.Datas comemorativas, Aniversário da cidade de Manaus Bu termin həmçinin, indiki Ekvador ərazisində yerləşən Konuris çayı yaxınlığındakı dağı təyin edirdi. Bu əfsanə XVI əsrdə Braziliyanın şimal regionunda əfsanəvi amazonların varlığı haqqında mifin yaranmasına səbəb olmuşdur.
İspaniya konkistadoru Fransisko de Orelyana qızıl axtarışında And dağlarından çaya enən zaman İkamiyaba yerlilərinin hücumuna uğramışdır. Onların ispanlara qarşı qələbəsi kral I Karla rəvayət olunmuşdur və beləliklə, Amazon çayı adını almışdır. Orelyananın hesabatlarında bildirilmişdir ki, qoşunlara bu yerli xalqın varlığı barədə onlarla təmasda olmamışdan əvvəl xəbərdarlıq edilmişdir. Orelyana onları çılpaq gəzən və yalnız ox və yay daşıyan, daş evlərdə yaşayan və qiymətli metallar toplayan uzunboylu qadınlar kimi təsvir edirdi.
İstinadlar
Xarici keçidlər
Folclore Amazônico, Amazonas ou Icamiabas Kateqoriya:Amazon çayı Kateqoriya:Amazonlar (qədim yunan mifologiyası) Kateqoriya:Cənubi Amerikanın yerli xalqları