Bask torpaqları (; ; ) — Baskların yaşadığı regiondur.Larry Trask The History of Basque Routledge: 1997 Bask torpaqları Biskay körfəzinin ən daxili hissəsində, Pireney dağlarının qərb hissəsində, Fransa və İspaniya sərhədində yerləşir. Region birinci dəfə XVI əsrdə bask dilində Euskal Herria adı ilə qeyd edilmişdir.

Bask torpaqları İspaniyanın Basklar ölkəsi və Navarra muxtar regionlarını və eyni zamanda da Fransa Bask ölkəsini əhatə edir. Bask torpaqlarında heç bir mədəni homogenlik yoxdur və həmçinin də regiona Cənubi Navarra kimi bask mədəniyyətinin hakim olmadığı və baskların azlıq təşkil etdiyi yerlər də daxildir.

Etimologiyası Bask torpaqlarının Bask dilindəki adı olan Euskal Herria termini bir ifadədir və aşağıdakı kimi təhlil edilə bilər:

Bask dilində Herri: xalq; ölkə, vətən, torpaq; insanlar, əhali; qəsəbə, şəhər, yaşayış məntəqəsi, yaşayış sahəsi

Bask dilində Euskal: Euskara isminin sifət forması. Euskara sözü bask dili deməkdir.

Buna görə də sözügedən ifadənin hərfi tərcüməsi belədir: Bask dilinin torpağı/ölkəsi/milləti/insanlarının məskunlaşdıqları məkan

İstinadlar

Xarici keçidlər

Eusko Jaurlaritza/Basque Government The Basque People in the Middle Ages (historical article) Buber's Basque Page

EuskoSare Global Basque Community

Kateqoriya:Bölünmüş regionlar Kateqoriya:İrredentizm Kateqoriya:Avropa tarixi Kateqoriya:Avropa regionları Kateqoriya:Yaranmamış dövlətlər Kateqoriya:Avropanın tarixi vilayətləri