Ernst Heltser (; ) — Almaniya teleqrafı və fotoqrafı. O, Qacarlar sülaləsində Nasirəddin şahın hakimiyyəti dövründə İrana gəlmiş və 20 ilə yaxın (1871–1898) İsfahanda yaşamışdır. O, şəhərin və onun ətrafındakı yerlərin tarixi fotolarını çəkmişdir.|Ernst Hoeltzer in Iran|Center for Cultural Heritage Documents|http://www.ichodoc.ir/holtzer/about.htm

Həyatı Ernst Heltser 7 yanvar 1835-ci ildə Türingiyanın Klyaynşmalkalden şəhərində anadan olmuşdur. 1844–1848-ci illərdə Şnepfental Zaltsmann məktəbində oxumuşdur. İrana getməzdən əvvəl Heltser Aralıq dənizində "Siemens & Halske" kabel şirkətində işləmişdir. Heltserə İsfahandakı britaniyalılar tərəfindən bu şəhərdəki teleqraf mərkəzini idarə etmək tapşırığı verilmişdir. 1867-ci ildə iş tamamlandıqdan sonra o, Almaniyaya qısa bir səfər etmiş və burada fotoqrafiya ilə tanış olmuşdur. Fotoaparat və digər avadanlıqlar alıb İrana aparmışdır. 1873–1897-ci illərdə Heltser İranda minlərlə fotoşəkil çəkmişdir. Fotoların əksəriyyəti İsfahanda çəkilmiş, lakin bir neçəsində Tehran, Qum, Sultaniyə və Kaşandakı yerlər də var.|Ernst Hoeltzer in Iran|Isfahan=,http://www.ichodoc.ir/holtzer/about/about1.htm

İstinadlar

Xarici keçidlər Lifelines: Ernst Hölzer. Vol. 3, Ed. Siemens Historical Institute, Munich 2015 «ارنست هولتسر» در وبگاه مرکز اسناد و مدارک میراث فرهنگی

Kateqoriya:Almaniya fotoqrafları