Şorbaçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Şorbaçı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Kənd Pirsaat çayının sahilində, Qobustandadır. Yaşayış məntəqələri qaraqaşlı tayfasının şorbaçı tirəsinin adını daşıyır. Şorbaçılar XIX əsrin ortalarında 64 ailədən ibarət olub, Pirsaat çayı sahillərində köçəri həyat keçirirdilər. Sonralar bu ailələr özlərinin yaylaq yerlərində oturaqlaşmışlar. Keçən əsrin əvəllərində Cəlilabad r-nunda Yuxan Şorbaçı və Aşağı Şorbaçı adlı iki kənd olmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.

Din Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

Həmçinin bax Hacıqabul rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Hacıqabul rayonunun kəndləri