Salzburq Universiteti — Avstriyanın Salzburq şəhərində dövlət universiteti. Universitet Salzburq əyalətinin ən böyük təhsil müəssisəsidir.

Tarixi

1622-ci ildə açılan universitet 1810-cu ildə bağlandı və 1962-ci ildə yenidən quruldu. İlk illərdə universitetdə İlahiyyat, Fəlsəfə, Hüquq və Tibb kimi kurslar tədris olunurdu. 1964-cü ildə Hüquq fakültəsi əlavə edildi.

1975-ci ildə yeni Federal qanun bütün Avstriya universitetlərinin təşkilini tənzimlədi. Salzburq Universitetində 4 Akademik bölmə yarandı: Katolik İlahiyyatı, Hüquq, Humanitar Elmlər və Təbiət Elmlər bölməsi.

Fakültələri Hüquq və İqtisadiyyat Mədəniyyət Elmləri Sosial Elmlər Təbiət Elmləri Analitik və Həyat Elmləri Katolik İlahiyyatı

Qallereyası

Tanınmış məzunları Benita Ferrero-Valdner — Avstriyalı diplomat və siyasətçi. Aleksandra Föderl-Şmid — Avstriyalı jurnalist Karl-Markus Qaus — yazıçı Erih Hakl — yazıçı Hannes Leitgeb — Avstriyalı filosof və riyaziyyatçı Gerhart Holzinger — Avstriyalı Konstitusiya hüquqşünası Ervin Kräutler — Roma Katolik yepiskopu Peter Launsky-Tiffental — diplomat Andreas Maislinger — tarixçi Leopold Motsart — bəstəkar Mari-Luiza Noş — Danimarkalı arxeoloq Brigitta Pallauf — Avstriyalı siyasətçi Franz Şausberger — Avstriyalı siyasətçi və tarixçi Bettina Baumer — Avstriya əsilli hindli alim və hindoloq Stefan Veber — Avstriya media tədqiqatçısı Karl von Habsburq — Avstriyalı siyasətçi

İstinadlar

Xarici keçidlər University of Salzburg Website A brief Guide for International Students (2013)

Kateqoriya:Avstriya universitetləri Kateqoriya:Universitetlər