Osteit (qədim yunan dilindən ὀστοῦν - sümük) sümük toxumasının, o cümlədən, insan skeleti sümüklərinin iltihabını xarakterizə edən xəstəlikdir. Osteit olduqca geniş yayılmış bir xəstəlik növüdür. Lakin onun təmiz forması, sümük iltihabı çox nadir hallarda rast gəlinir və demək olar ki, bütün elementləri - periosteum, sümük və sümük iliyi bu prosesdə iştirak edir. Düzgün diaqnoz və müalicə ilə tam sağalma şansı vardır.
Osteitin növləri Osteitin bir neçə növü ayırd edilmişdir. İnkişaf səbəblərinə görə qeyri-spesifik osteit - müxtəlif xəsarətlər, sınıqlar və ya ekstremal halların , o cümlədən düzgün aparılmayan sümük əməliyyatının nəticəsidir. spesifik osteit - müxtəlif bakteriya və viruslar (vərəm, sifilis və s.) tərəfindən sümük zədələnməsinin nəticəsidir. Formasına görə kəskin osteit - sümüklərin məhvi; xroniki osteit - sümük proliferasiyası
Eksudatın xarakterinə görə isə aseptik və irinli olaraq ayrılırlar.
Səbəblər Osteitin yalnız iki səbəbi vardır. Bunlardan birincisi infeksiya və zədədir. Yaralanmalar, sınıqlar və ya sümüklərin parçalanması halında xarici mühitlə yara arasında təmas yaranır. Əməliyyatın aparılması da vacib rol oynayır. Belə ki, əgər sanitar-gigiyenik normalara düzgün əməl olunmazsa, əməliyyatdan sonrakı prosedurlar aparılmazsa sınıq yerində bakteriyalar (sifilis və vərəm) üçün əlverişli mühit yarana bilir. Bruselyoz, paratif qızdırması, qonoreya, cüzam və revmatoid artriti yaradan bakteriya və viruslar tərəfindən insanlara yoluxma halları nadirdir.
Osteitin simptomları və əlamətləri Sümük toxumasının osteitinin simptomları və əlamətləri birbaşa xəstəliyin özündən, xəstənin ümumi vəziyyətindən, həmçinin iltihabla birlikdə mövcud olan xəstəliklərdən asılıdır.
Kəskin osteitin simptomları Osteitin kəskin formasını göstərən ən vacib simptomlardan biri məruz qalmış ərazidə ağrı və spazmın olmasıdır. Xəstədə tez-tez əzaların hərəkətliliyinin, əsasəndə qollar və ayaqlarda pozulması, həmçinin beldə şiddətli ağrılar hiss olunur. Sümüklərin ikinci dərəcəli deformasiyaları və yaxud daha kəskinləşmiş halda səbəbsiz sümük sınıqları baş verir. Xəstənin onurğa beyni nahiyəsində sinir sistemi pozulur. Fistul və ya flegmonun formalaşması xarakterikdir.
Osteitin xroniki və fibroz formalarının simptomları Xroniki osteit sümüklərin qalınlaşması ilə xarakterizə olunur. Periodontit inkişaf edir. Osteitis fibros zamanı isə heç bir xüsusi simptomlar müşahidə olunmur. Ağrı və qamət pozğunluğu ilə , bəzi hallarda isə əzaların deformasiyası ilə xarakterizə olunur. Osteomalaziya və osteoporozun inkişafı müşahidə edilir.ref></ref>
Osteitin diaqnozu Sümük toxumasının osteitinin diaqnozu, bir qayda olaraq, ümumi müayinədən başlayır. Əvvəlcə həkim xəstənin bütün şikayətlərini dinləyir, sonra rentgen çəkir (skelet sisteminin vəziyyətinin ətraflı təsviri). Lazım gəldiyi təqdirdə qan, sidik və ya radionuklid testləri, sümük toxumasının biopsiyası, immunoloji və bakterioloji testlər aparılır.
Müalicə Sümük iltihabının müalicəsi, adətən cərrahi üsullardan istifadə edərək yaranan sümük patologiyasının aradan qaldırılması ilə başlayır: nekrektomiya - nekrotik toxuma prosesləri nəticəsində zədələnmiş toxumaların çıxarılması; seqvestrektomiya - ayrılmış sümüklərin çıxarılması; sanasiya - antiseptiklərdən istifadə edərək patologiyaların aradan qaldırılması. Antibiotiklər, antiseptiklər, proteolitik fermentlər kimi dərmanlardan da istifadə olunur. Fizioterapevtik prosedurlar vasitəsilə müalicə olunur, vitaminlər qəbul etməklə immunizasiya, inyeksiya, vitamin və zülallarla zəngin olan müvafiq pəhrizə riayət etmək tövsiyə olunur. Bəzi hallarda isə bədənin zədələnmiş hissələri hərəkətsiz hala gəlir.
Həmçinin bax İnsan anatomiyası Skelet (insan) Sümük
İstinadlar
Kateqoriya:Skelet sistemi Kateqoriya:İltihablar Kateqoriya:Osteopatiyalar Kateqoriya:Ortopedik problemlər Kateqoriya:Skelet sistemi