thumb|350px|Anıtqəbir məqbərəsinin öndən görünüşü Anıtqəbirin tarixi — Türkiyədə, Ankara ilinin Çankaya ilçəsində yerləşən və Mustafa Kamal Atatürkün məqbərəsinin yer aldığı bina kompleksi olan Anıtqəbirin tarixi. Bina kompleksinin tikilməsi ideyası Atatürkün 1938-ci il 10 noyabrda ölümündən sonra yaranmışdır, lakin Atatürkün nəşinin Ankarada bir məqbərə tikilənə qədər Ankara Etnoqrafiya Muzeyində qalmasına qərar verilmişdir.
Məqbərənin tikiləcəyi yeri müəyyən etmək üçün hökumət tərəfindən komissiya yaradıldı. Hazırlanan hesabata uyğun olaraq Cümhuriyyət Xalq Partiyası parlamenti qrupunun 1939-cu il yanvarın 17-də keçirilən iclasında binanın Rasattəpədə tikilməsinə qərar verildi. Bu qərardan sonra, binanın dizaynını müəyyən etmək üçün 1941-ci il 1 martda beynəlxalq layihə müsabiqəsi elan edildi. 2 mart 1942-ci ildə başa çatan müsabiqənin qiymətləndirilməsi nəticəsində bəzi dəyişikliklərlə Emin Onat və Orhan Ardanın layihəsinin həyata keçirilməsinə qərar verildi. Təqdim olunan ikinci layihədə bir daha edilən dəyişikliklərdən sonra memarların yaratdığı üçüncü layihənin 4 iyul 1944-cü ildə İctimai İşlər Nazirliyi ilə memarlar arasında imzalanmış müqavilə ilə icra mərhələsinə keçildi. Anıtqəbrin tikintisinə 1944-cü il 9 oktyabrda təməlqoyma mərasimi ilə başlanıldı.
Dörd mərhələli tikinti prosesinin ilkin mərhələsinə ərazidə qruntların hamarlanması və xiyabanın divarlarının tikintisi daxil idi. 4 sentyabr 1944-cü ildə açılan tender nəticəsində məsuliyyəti Hayri Kayadelənə məxsus Nurhayr şirkəti öz üzərinə götürdü. 1945-ci ilin sonunda tamamlanacaq birinci hissədə tikinti işləri davam edərkən, 1945-ci il avqustun 18-də tikintinin ikinci hissəsi üçün tender elan edildi. Rar Türk bu hissənin tikintisini öhdəsinə götürərkən qrunt tədqiqatının hazırlanması, məqbərənin bünövrə sisteminin dəyişdirilməsi, dəmir-beton və statik hesablamaların aparılması və bu hesablamaların haqqının ödənilməsi səbəbindən tikinti prosesi ləngidi. 1947-ci ildə inşaasına başlanılan ikinci mərhələ 1950-ci ilin 11 sentyabrında tamamlandı. Anıtqəbirə gedən yolların, Aslanlar yolu və mərasim sahəsinin daş üzlük işləri, məqbərə binasının yuxarı mərtəbəsinin daş üzlənməsi, pilləkənlərin tikintisi, dəyişdirilməsini əhatə edən üçüncü hissə üzrə tender layihəsini Hədəf Ticarət qazandı.
1950-ci il ümumi seçkiləri ilə hakimiyyətə gələn Demokrat Partiyası hökuməti dövründə tikinti prosesinin tezləşdirilməsi və pula qənaət etmək məqsədi ilə 1950-ci ilin noyabrında layihədə bəzi dəyişikliklər edildi. Müzəffər Budakın şirkəti 6 iyun 1951-ci ildə tikintinin dördüncü və sonuncu hissəsi üçün elan edilən tenderin qalibi oldu. Bu hissəyə; Fəxri zalın aşağı döşəməsi və Fəxri zalın ətrafındakı sərdabələr, daş döşəmələr və mərmər işləri daxil idi. Mozaika və freska dekorasiyaları üçün heç bir komissiya yaradılmadı və müsabiqə də təşkil olunmadı. Bəzi problemlər səbəbindən Anıtqəbir 1953-cü ilin oktyabrında nəzərdə tutulduğu vaxtdan gec tamamlandı. Layihənin ümumi dəyəri təxminən 20 milyon lirə ilə tamamlandı ki, bu da büdcədən ayrılan 24 milyon lirəyə təxminən 4 milyon lirə qənaət demək idi. 1953-cü il noyabrın 10-da Atatürkün cənazəsi buraya köçürüldü. 1973-cü ildən İsmət İnönünün də məzarının yer aldığı Anıtqəbirdən, 1966-cı ildə dəfn edilən Camal Gürsəlin, 1960–1963-cü illərdə isə dəfn edilən 11 nəfərin cənazəsi (1988) köçürüldü.
Tikintidən öncə Məqbərənin yerinin müəyyən edilməsi thumb|right|Atatürkün ölümündən sonra çəkilmiş fotoşəkili (10 noyabr 1938) Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda Dolmabağça sarayında vəfat etdikdən sonra onun dəfn olunduğu yerlə bağlı mətbuatda müxtəlif müzakirələr başladı. 10 noyabr 1938-ci il tarixli "Vaxt" və 11 noyabr 1938-ci il tarixli "Tan" qəzetlərində Atatürkün harada dəfn ediləcəyinin dəqiq məlum olmadığı və bu qərarın Türkiyə Böyük Millət Məclisi tərəfindən veriləcəyi yazılmışdı. Məzarın Çankaya köşkü ilə yanaşı, Ankara qalasının mərkəzində, birinci parlament binasının bağçasında, Atatürk parkı və ya Atatürk Meşə Fermasında tikilməsi ilə bağlı mümkün mülahizlər yazılmışdı. Noyabrın 13-də Hökumət Atatürkün cənazəsinin onun üçün məqbərə tikilənə qədər Ankara Etnoqrafiya Muzeyində qalması ilə bağlı qərar verdiyini açıqladı. 15 noyabr tarixli "Axşam" qəzetində isə məqbərənin Ankara Etnoqrafiya Muzeyinin yerləşdiyi ərazidə tikilmə ehtimalının yüksək olduğu yazılmışdı. Dəfnin Ankaradan başqa yerdə keçirilməsi ilə bağlı yeganə təklifi İstanbul valisi Muhittin Üstündağ Rəyasət Heyətinin Baş katibi Həsən Rıza Soyaka etsə də, onun təklif qəbul edilmədi. Noyabrın 19-da İstanbuldan Ankaraya gətirilən cənazə noyabrın 21-də təşkil edilən mərasimlə muzeyə qoyuldu.
Noyabrın 28-də açılan Atatürkün vəsiyyətnaməsində dəfn olunduğu yerlə bağlı heç bir açıqlama olmasa da, sağlığında bu məsələ ilə bağlı bəzi sözlü ifadələri olmuşdu. Afət İnan 26 iyun 1950-ci il tarixli "Ulus" qəzetindəki reportajında bununla bağlı bəzi xatirələrini paylaşıb. Xəbərə əsasən Atatürk, Rəcəb Pekerin məzar yeri üçün Ulus meydanından Ankara Dəmiryolu Stansiyasına gedən yolda kəsişməni etdiyi təklifə cavabında: "Yaxşı və izdihamlı yerdir. Amma mən belə bir yeri millətimə vəsiyyət edə bilmərəm".-deyə bildirib. İnan həmçinin 1932-ci ilin yayında söhbət zamanı Atatürkün Çankayada dəfn edilməsini istədiyini də bildirib. Lakin Atatürk, həmin günün gecəsi avtomobillə Çankayaya qayıdarkən öz-özünə "Millətim məni harada istəsə dəfn etsin, amma xatirələrimin yaşayacağı yer Çankaya olacaqğını" dilləndirib. Münir Xeyri Egeli 1959-cu ildə yazdığı xatirələrində Atatürkün Meşə Fermasında bir təpədə, dörd tərəfi və üstü örtülməmiş, qapısında "Gəncliyə xitab" sözləri yazısı olan məzarının olmasını istədiyini qeyd etmişdi. thumb|left|Atatürkün dəfn mərasimindən görüntü (19 noyabr 1938) Baş nazir Cəlal Bayar, Cümhuriyyət Xalq Partiyası Parlament Qrupunun noyabrın 29-da keçirilən iclasında məqbərənin yerini müəyyənləşdirmək üçün ekspertlər tərəfindən yaradılan komissiyanın hazırladığı hesabatın qrupa təqdim edildikdən sonra icraya başlanılacağını bildirdi. Baş nazir müşaviri Kamal Gedeləçin sədrliyində; Milli Müdafiə Nazirliyindən generallar Sabit və Haqqı, İctimai İşlər Nazirliyinin Tikinti işləri üzrə baş direktoru Kazım, Daxili İşlər Nazirliyinin müşaviri Vehbi Dəmirəl və Milli Təhsil Nazirliyinin Ali Təhsil müdiri Cavad Dursunoğlu tərəfindən yaradılmış komissiyanın ilk iclası 6 dekabr 1938-ci ildə keçirildi. Bu iclasın sonunda komissiya, 1938-ci il dekabrın 16-da keçirməyi planlaşdırdıqları ikinci iclasa Bruno Taut, Rudolf Bellinq, Leopold Levi, Henri Prost, Klemens Holzmeyster və Herman Yansenin dəvət edilməsi və bu nümayəndə heyətinin fikirlərinin öyrənilməsi qərarına gəldi. Nazirlər Şurası dekabrın 24-də, nümayəndə heyətinin rəyindən sonra hesabata baxılması üçün məlumatları Cümhuriyyət Xalq Partiyası Parlament Qrupuna göndərdi. 3 yanvar 1939-cu ildə keçirilən məclis qrup toplantısında, Falih Rıfkı Atay, Rasih Kaplan, Mazhar Germen, Sürəyya Örgəevrən, Refet Canıtez, İsmət Əkər, Münir Çağıl, Mazhar Müfit Qansu, Nəcip Əli Küçüka, Nafi Atuf Qansu, Salah Cimcoz, Saim Uzəl, Fərid Cəlal Güvən, Tevfik Tarman və Mithat Aydından ibarət 15 nəfərdən ibarət CHP Anıtqəbir Partiya Qrup Komissiyası quruldu. Komissiyanın yanvarın 5-də keçirilən ilk iclasında komissiyanın sədri Çağıl, katibliyə Güvən, məruzəçilər isə Atay, Örgəevrən və Qansu seçildilər. Komissiya yeri müəyyən etmək üçün yaradılmış komitənin təklif etdiyi doqquz bəndi gözdən keçirdi. Çankaya köşkü ətrafında, Etnoqrafiya Muzeyi, Yaşıl təpə, Timur (və ya Hıdırlık) təpəsi, Gənclik Parkı, Ankara Kənd Təsərrüfatı Məktəbi, Meşə ferması, Məhbuslar Evi və Türkiyə Böyük Millət Məclisi binasının arxasındakı təpə üzərində araşdırmalar aparıldı. Yanvarın 5-də keçirilən iclasda sadalananlardan əlavə yeni yerlərin araşdırılması da qərara alındı. thumb|Anıtqəbirin tikintisindən öncə Rasattəpədən Ankaranın görünüşü Yanvarın 17-də keçirilən komissiya iclasında Mithat Aydının irəli sürdüyü təklifə uyğun olaraq, həmin gün Rasattəpədə də araşdırmalar aparıldı. Komissiya üzvlərindən Sürəyya Örgəevrən Rasattəpə haqqında: "Zirvəyə çıxıb Ankaraya baxdığınız zaman bir ucunda Dikmən, digər ucunda Etlik Bağları ilə bitən sevimli ayparanın ortasındakı ulduzun üzərində olduğunuzu hiss edəcək və müşahidə edəcəksiniz". Atay, Cimcoz və Güvən isə məqbərənin Çankaya təpəsində tikilməsində qərarlı olduqlarını bildirdilər. Həmin gün keçirilən səsvermədə 11 üzvün dəstəyi ilə məqbərənin Rasattəpədə tikilməsi qərarı verildi.
İnşaat ərazisində ilk ekspropriasiyalar Məqbərənin tikiləcəyi ərazinin bir hissəsi fiziki şəxslərə məxsus olduğundan bu sahənin ekspropriasiyası zərurəti yarandı. Bununla bağlı ilk açıqlamanı 23 may 1939-cu ildə Türkiyə Böyük Millət Məclisində keçirilən büdcə danışıqları zamanı baş nazir Rəfiq Saydam verdi. Saydam, Rasattəpədə kadastr işlərinin və ərazinin sərhədlərinin müəyyən edildiyini bildirdi. O, Anıtqəbir üçün büdcədən ümumilikdə 250 min türk lirəsi, ekspropriasiya haqqı üçün 205 min türk lirəsi və beynəlxalq layihə müsabiqəsi üçün 45 min türk lirəsi ayrıldığını, ekspropriasiya olunacaq torpaq sahəsi 287000 m² olduğunu və bu əraziyə 205 min türk lirəsi xərclənməsinin nəzərdə tutduğunu bildirdi.
Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan və Anıtqəbirin tikiləcəyi ərazinin sərhədlərini tənzimləyən plan 23 iyun 1939-cu ildə tamamlandı, 7 iyul 1939-cu ildə Nazirlər Şurası tərəfindən təsdiq edildi. Ekspropriasiya işləri ilə məşğul olmaq üçün Baş nazirlik Vehbi Dəmirəlin başçılığı ilə komissiya təşkil etdi. O, Ankara Bələdiyyəsinə bildiriş göndərərək plan çərçivəsində müsadirə prosedurlarına başlanılmasını istədi.
1940-cı il martın 26-da partiya məclis qrupunun iclasındakı çıxışında Saydam həmin tarixə qədər 280000 m² ərazinin ekspropriasiyasına baxmayaraq, ərazinin Anıtqəbir üçün kifayət etmədiyini və daha 230000 m² ərazinin ekspropriasiyasına ehtiyac olduğunu bildirdi. İkinci Anıtqəbir planı Daxili İşlər Nazirliyi tərəfindən 5 aprel 1940-cı ildə tamamlandı. Bu plana görə, ərazinin ümumi sahəsi 542 8572 m² idi. Ekspropriasiya üçün 886 min 150 lirə və 32 kuruş ödənilməsi nəzərdə tutulurdu. İkinci plan aprelin 20-də Nazirlər Şurası tərəfindən təsdiq edilmişdi. 1940-cı il büdcəsindən ekspropriasiya üçün ayrılan pul 1.000.000 lirəyə qədər artırıldı.
1944-cü ilin noyabrında parlamentdə keçirilən müzakirələr zamanı İctimai İşlər naziri Sırrı Day, Anıtqəbirin tikintisi üçün o vaxta qədər 542.000 m² ərazinin ekspropriasiya edildiyini, bunun 502.000 m²-nin fərdi şəxslərdən alınaraq müsadirə edildiyini, 28.000 m²-nin isə xəzinədarlığa aid olduğunu bildirdi
Layihə prosesi Layihə müsabiqəsi thumb|left|200px|Ulus qəzetinin Anıtqəbir layihəsinə həsr olunmuş səhifəsi (10 noyabr 1944) 1939-cu il oktyabrın 6-da Cümhuriyyət Xalq Partiyasından olan deputatlardan ibarət komissiya Anıtqəbir layihəsi üçün beynəlxalq layihə müsabiqəsi təşkil etmək qərarına gəldi. Rəfiq Saydam 21 noyabr 1939-cu ildə Anıtqəbirin tikintisi üçün beynəlxalq layihə müsabiqəsi keçiriləcəyini elan etdi. Saydam 1940-cı il 26 mart tarixli çıxışında müsabiqənin spesifikasiyası və texniki proqramının beynəlxalq memarlar nizamnaməsinə uyğun hazırlandığını bildirdi. Anıtqəbir Komissiyasının 18 fevral 1941-ci ildə dərc etdiyi yazıda "belə mühüm tikintiləri yaradan" türk və qeyri-türk mühəndis, memar və heykəltəraşların iştirakı ilə açıq layihə müsabiqəsi təşkil edilməsinə qərar verildiyi və bu müsabiqəyə müraciətlərin 31 oktyabr 1941-ci ildə başa çatacağı vurğulanmışdır. Sonrakı dövrdə müsabiqəyə daha çox türk memarlarının müraciət etməsinə şərait yaradıldı. Daha sonra TBMM-in 25 dekabr 1946-cı ildə keçirilən Baş Assambleyasında Cövdət Kərim İncədayının verdiyi açıqlamalara görə, ilk növbədə, beynəlxalq müsabiqəyə elan edilsə də, İkinci Dünya müharibəsi səbəbindən "az iştirak" və "qeyri-qənaətbəxş təkliflər" səbəbindən ikinci müsabiqə yarışı elan edilıdi.