Mavi Partiyası (farsca:حزب کبود, transliterasiya: Hezb-e kabud), ləqəbi ilə İran Nasist Partiyası və ya "Qara köynəklilər" (farsca: سیاه‌پوشان, transliterasiya: Siahpushan) — İranda fəaliyyət göstərmiş faşist və ya nasist partiyası. Partiya almanpərəst siyasət izləmiş və almonofil partiya olaraq tanınmışdır.

Partiyanın əsasını Həbib-Allah Novbaxt qoymuşdur. Partiyanın üzvü olan məşhur şəxslər sırasında Fəzlulla Zahidi (1953-cü ildə Məhəmməd Müsəddiqi devirilməsi ilə nəticələnən çevrilişi edən şəxs) və Şəms Qanatabadi də olmuşdur.

Həmçinin bax Arya Partiyası Paniranist Partiyası

İstinadlar Kateqoriya:İran tarixi

Kateqoriya:Antikommunist partiyaları Kateqoriya:İfrat sağçı siyasi partiyalar