Zəngəzur Mis-Molibden Kombinatı () — Ermənistanın ən böyük mədən şirkəti və dünyanın 10 ən böyük molibden istehsalçısından biridir. ZMMK-nin fəaliyyəti SSRİ dövründə başlamışdır. 1952-ci ilin yazında zavod kütləvi istehsala start vermişdir. Əvvəlcə mədən yeraltı və açıq mədən üsullarının kombinasiyası ilə, 1957–1959-cu illərdə isə yalnız açıq mədən üsulları ilə istismar edilmişdir.
Zəngəzur Mis-Molibden Kombinatı Ermənistan Respublikasının şimal-şərqində, Sünik mərzinin Qacaran şəhərində, Qafan rayon mərkəzindən 30 kilometr qərbdə və paytaxt İrəvandan təxminən 350 km məsafədə yerləşir. İllik hasilatı ildə 22,0 milyon ton filizdir.
2000-ci illərdən başlayaraq ZMMK Ermənistanda ilk ən böyük vergi ödəyicisi, Sünik mərzində ən böyük işəgötürən olmuşdur. 2023-cü ilin məlumatına görə, onun 4,500-ə yaxın işçisi var.
İstinadlar
Kateqoriya:Ermənistan zavodları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:Ermənistan şirkətləri