Türkiyə Radio və Televiziya Qurumu (Trt) ― Türkiyənin milli ictimai televiziyası . TRT uzun illər Türkiyənin yeganə televiziya və radio provayderi olub. 1990-cı ildə kommersiya radiosu, ardınca isə 1992-ci ildə kommersiya televiziyası istifadəyə verilməzdən əvvəl o, bu sektorda monopoliyaya sahib idi. Bu gün TRT bütün dünyada, o cümlədən Avropa, Yaxın Şərq, Afrika, Asiya, ABŞ və Avstraliyada yayımlanır.
Tarixi TRT-nin sələfi olan "Türkiyə radioları" adlı qurum 1950-ci ildə Avropa Yayım İttifaqının 23 təsisçi yayım təşkilatından biri olmuşdur. Şirkət 1926-cı ildə radioda sınaq yayımlarına başlamış və şirkətin 1927-ci ildə İstanbulda, 1928-ci ildə isə Ankarada studiyası tikilmişdir. Kateqoriya:Türkiyə şirkətləri Kateqoriya:Türk dilində televiziya kanalları Kateqoriya:Türkiyə kütləvi informasiya vasitələri Kateqoriya:TRT Kateqoriya:Çoxdilli teleradio yayımçıları Kateqoriya:Dövlət mediası Kateqoriya:Dövlət tərəfindən maliyyələşdirilən teleradio