Rahila Mixaylovna Messerer-Plisetskaya və ya yaradıcı təxəllüsü Ra Messerer (; ) — Sovet səssiz kino aktrisası, Mixail Plisetskinin həyat yoldaşı, balerina Maya Plisetskayanın və xoreoqraflar Aleksandr və Azari Plisetsklərin anası.
Həyatı Rahila Messerer-Plisetskaya 4 mart (19 fevral, köhnə üslub) 1902-ci ildə Vilnoda diş həkimi Mendel Berkoviç (Mixail Borisoviç) Messerer (1866–1942)Плисецкая М. М. Я, Майя Плисецкая…— М.: АСТ Москва, 2008. — 490 с. və Sima Moiseevnanın (qızlıq soyadı Şabad, 1870–1929)Суламифь Мессерер: Мне хочется жить! ailəsində anadan olub. Milliyyətcə valideynləi yəhudi idi. Ailədə ondan başqa daha 9 uşaq var idi. Atası Dolqinovodan, anası Antakalnisdən Vilnüsə gəliblər. M. B. Messererin bütün uşaqlarının adlarını incildən seçmişdi (Pnina, Azariya, Mattani, Musa, Rahila, Asap, Elişeva, Sulamif, Emanuel, Aminadab). 1940-cı ildə Mixail Messererin ikinci evliliyindən Rahilanın daha bir bacısı Erella dünyaya gəlib. Rahilanın bacı və qardaşları arasında Azariya, Sulamif və Asap da sonradan məşhurlaşmışdılar.
Rahila Messerer 1925-ci ildə Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib (Lev Kuleşovun sinfi). Hələ təhsil alarkən o, Mixail Emmanuiloviç Plisetski ilə ailə quraraq Plisetski-Messerer teatr sülaləsinin əsasını qoyub. Onların evliliyindən üç uşaq dünyaya gəlib: Maya (1925–2015), Aleksandr (1931–1985) və Azari (1937-ci il təvəllüdlü).
Karyerası Rahila Messerer-Plisetskaya hələ təhsil alarkən aktyorluğa başlayıb. Çəkilişlər üçün o, rəsmi olaraq Universitetdən Özbəkistanda təcrübə keçmək üçün ezam olunub. Sovet hakimiyyətinin ilk illərində "Buxkino" və "Şərq ulduzu" kinostudiyalarında səssiz filmlərə çəkilib. Özbəkistanın özündən əlavə, o, Altay dağlarında, Kalmıkiyada və Ukraynada çəkilən filmlərdə rollar alıb. O, Ukraynada "Yer çağırır" ("Ravvinin qızı") filmində oynayıb. Rahilanın cazibədar xarici görünüşü var idi. Onun iri gözləri, hamar, tünd saçları və zərif fiqurlu idi. O, "İldə 120 min…", "İkinci arvad", "Cüzam", "Göz yaşları vadisi" filmlərində rol alaraq aktrisa kimi şöhrət qazanıb. Rahila Messerer-Plisetskaya ən çox Mərkəzi Asiyadan olan qızların rollarını oynayırdı.
Kino aktrisası Rahila Messererin kino karyerası tez bitdi. Çünki o, özünü ailəsinə həsr etmək üçün aktrisa karyerasından imtina etdi. Rahila həyatını Barentsburqda baş konsul və kömür mədənlərinin rəhbəri olduğu Şpitsbergendə işgüzar səfərlərdə müşayiət etdiyi ərinə həsr etdi. 1937-ci il aprelin 30-da Mixail Plisetski, 1938-ci il martın əvvəllərində isə Rahila həbs olundular. Rahilanın bacısı Sulamif Messerer onun qızı Maya Plisetskayanı himayəsinə götürdü. 1938-ci ildə Sulamif rəsmi olaraq Maya Plisetskayanı övladlığa götürdü. Çünki qəyyumluq orqanları onu xalq düşmənlərinin uşaqları üçün internata göndərmək istəyirdilər. Rahila Messerer-Plisetskayanın daha bir övladı oğlu Aleksandrı isə qardaşı Asap Messerer ailəsinə aldı.
Maya Plisetskayanın xatirələrindən:
Rahila Messerer-Plisetskaya ilkin olaraq təzə doğulmuş üçüncü övladı ilə birlikdə Butırka həbsxanasına salındı. Məhkəmə hökmündən sonra xalq düşməninin arvadı olaraq Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə göndərildi. Çətin və antisanitar şəraitdə qatarla oraya gediş bir ay çəkdi. Yolda olan zamanı Rahila Kazan Dəmiryol Vağzalındakı bələdçilərin birinin köməyi sayəsində ailəsinə onun hara aparıldığı barədə məlumat verə bilib. O, kibritdən istifadə edərək vərəqədə özü və Moskvadakı qohumlarının ünvanı haqqında bəzi məlumatları yazaraq qatarın dəmir barmaqlıqları arasından çölə atıb. O kibriti çölə atarkən bunu iki qadın görüb. Onlardan biri üzünü çevirib, ikincisi isə başı ilə ona vərəqi çatdıracağını işarə edib. O, qadın kağızda yazılanları onun qohumlarına çatdırıb. Beləliklə, məşhur qardaş və bacıların — Asap və Sulamif Messererin çoxsaylı xayiş və ərizələri nəticəsində 1939-cu ilin yayının sonunda Rahila Çimkənddəki sərbəst məskunlaşma qəsəbəsinə köçürüldü. Çimkənddə Messerer dərnəklərin birində rəqs müəllimi işləyir və orada balet kursları təşkil etmişdi. Bacısı Sulamifin sayəsində o, vaxt artıq 15 yaşında olan qızı Maya onun ziyarətinə gələ bildi. Onlara 20 gün birlikdə qalmaq icazəsi verildi. Ümumilikdə Maya iki dəfə anasına baş çəkməyə müvəffəq oldu.
Qardaşı Asap Messerer NKVD-nin qərarının ləğvinə nail oldu. Rahila Messerer-Plisetskaya 1941-ci ildə Böyük Vətən müharibəsinin başlamasından iki ay əvvəl Moskvaya qayıtmağı bacardı. Sərbəst buraxılmasına və kinoda çəkilmək istəyinə baxmayaraq, onun aktyorluq karyerası həmişəlik bitdi.
Rahila Messerer-Plisetskaya uzun illər həyat yoldaşı Mixail Plisetskinin qayıdışına ümid edirdi və onu gözləyirdi. O, yalnız 1964-cü ildə onun həbsindən az sonra güllələndiyini öyrəndi.
Rahila Messerer-Plisetskaya 1993-cü ildə Moskvada vəfat edib.
Filmoqrafiyası Rahila Messerer-Plisetskayanın filmoqrafiyası elə də zəngin deyil. Amma çəkildiyi filmlərin hamısında baş rolları ifa edib. Əsasən səssiz filmlərə çəkilib. 1927 — "İkinci arvad" (Özbəkqoskino, rejissor — M. İ. Doronin);Фильм: 7 частей. Оператор — В. П. Добржанский, в ролях: М. И. Гринёва, Ра Мессерер, Г. Г. Чечелашвили, М. И. Доронин. Сюжет: Таджибай взял в жёны вторую жену (Адолят — Ра Месерер), которая стала жертвой старых жестоких законов и интриг. Её запирают в доме и поджигают. 1928 — "Cüzam" (Özbəkqoskino, rejissor — O. N. Frelix); 1928 — "Göz yaşları vadisi" (1-ci Qoskino fabriki, rejissor — A. E. Razumnı);Кинодокументы по истории Алтая (:ru:1-я фабрика Госкино, режиссёр — А. Е. Разумный)Фильм на основе ойротской легенды. 1928 — "Yer çağırır" ("Ravvinin qızı", "Səhrəda fəryad", rejissor — V. V. Ballyuzek); 1929 — "İldə yüz iyirmi min" (Mezhrabpomfilm);Фильм о борьбе девушки-изобретателя с консерваторами на текстильном производстве. Реж. Гирш Черняк. Актёры: В. Марецкая, Р. Мессерер, А. Чистяков Böyük Fransa inqilabı mövzusunda film (adı məlum deyil). Bu filmdə Rahila Messerer fransız gül satan qızı canlandırıb.
Sənədli film 2007-ci ildə Dövlət Film Fondunda qorunan lentlərdən istifadə edilərək Rahila Messerer-Plisetskayanın həyatından bəhs edilən "Kənardan gələn ulduz" sənədli filmi çəkilib. "REN TV" telekanalının sifarişi ilə film "Gəmayun" TK yaradıcılıq birliyində istehsal olunub. Filmin rejissor və ssenari müəllifi Firdavs Zainutdinov, operator Yevgeni Kutuzkin, mətni İrina Apeksimova oxuyur. Sənədli filmin premyerası 12 sentyabr 2007-ci ildə Kultura telekanalında olub."Звезда со стороны": Документальный фильм // Телеканал "Культура".
İstinadlar
Xarici keçidlər
Заключённая № 257299 // газета "Труд", 30 сентября 2005. "Мама Ра": История семьи Мессерер // "Чайка": журнал.
Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri