Ketrin Lenqford (; ) — Avstraliya aktrisası. Karyerasına müstəqil filmlərə çəkilərək başlayıb. "Netflix" orijinal televiziya serialı "13 səbəb"in ilk iki mövsümündə oynadığı Hanna Beyker roluna görə ulduz olub. Bu serialdakı ifasına görə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Ketrin bir çox uğurlu ekran əsərində öz istedadını nümayiş etdirib: "Sevgilərlə, Saymon" (2018), "Bıçaqlar çəkildi" (2019) və "Spontaneous" (2020). Ketrin 2020-ci ildə daha bir "Netflix" istehsalında baş rol ifaçısı olub. "Cursed" () serialında qalıcı təəssürat buraxmağı bacarıb.

Həyatı Ketrin Enn Lenqford 1996-cı il aprelin 29-da Qərbi Avstraliya ştatının paytaxt şəhəri Pertdə anadan olub. Şəhərin ətraf bölgəsi olan Applecross-da boya-başa çatıb. Ketrinin anası Elizabet Lenqford (qızlıq soyadı: Qrin) pediatr, atası Stiven Lenqford isə uçuşla tibbi yardıma çatan həkim və tibbi xidmətlər direktoru kimi çalışıb. Ketrinin kiçik bacısı Cozefin Lenqford da aktrisadır.

Ketrin 2005-ci ildə müəllimi Heidi Lake-dən oxuma dərsləri almağa başlayıb. Bu dərslər zamanı o, klassik, caz və müasir də daxil olmaqla müxtəlif musiqi üslublarında ifalar etməyi öyrənib. Ketrin orta məktəbin son illərində "Perth Modern School"-a qəbul edilib. Orada musiqi və dramaturgiya təhsili almışdır. Ketrin üzgüçülüklə də məşğul olurdu. O, komandasına rəhbərlik edir və şəhərdə keçirilən üzgüçülük yarışlarında yaxşı nəticələr göstərirdi.

Ketrin Lenqford məktəb illərində tibb, siyasət və musiqili teatr kimi bir çox sahələrə maraq göstəmişdir. O, 2012-ci ildə yeniyetmə ikən Ledi Qaqanın "Born This Way Ball" adlı canlı konsertinə getmişdi. Bu nümayiş onu pianoda ifa etməyi öyrənməyə həvəsləndirmişdi. O, yazıb-ifa etdiyi üç mahnısını səsləndirdiyi videosunu internetə yerləşdirib: "I've Got a Crush on Zoe Bosch", "Young and Stupid" və "3 Words". İkinci mahnını 2013-cü ildə Pertdən olan üç yeniyetmənin intihar edərək ölməsindən sonra intihar əleyhinə mahnı olaraq yazmışdır. "Perth Modern" məktəbində oxuduğu son ildə Ketrin üzgüçülük etməyi dayandırır. Bunun əvəzinə o, musiqiyə diqqət yetirir və tamaşalar etməyə başlayır. Ketrin müxtəlif musiqi və dram müsabiqələrində uğurlar qazanır. 2013-cü ildə o, "Hotel Sorrento" adlı məktəb tamaşasında çıxış edib və həmin il məktəbi başa vurub.

Ketrin 2014-cü ildən 2015-ci ilə qədər "Principal Academy of Dance & Theatre Arts"-da musiqili teatr üzrə təhsil alıb. Orada Ketrin "Godspell" adlı tamaşada iştirak edib. 2015-ci ildə o, beş seçilmiş tələbədən biri kimi Milli Dram İncəsənət İnstitutunun (NIDA) Qabaqcıl Aktyorlar Rezidentura proqramında iştirak etmək üçün seçilib. Ketrinə həmçinin Qərbi Avstraliya İfa Sənətləri Akademiyasında da yer verilir. Həmin il o, "Nicholson's Academy of Screen Acting"-ə də qatılıb və 2015-ci ildə "Evita" tamaşasında Xuan Peronun məşuqəsi rolunu oynayıb. Ona Qərbi Avstraliya İfa Sənətləri Akademiyasında aktyorluq üzrə bakalavr proqramında yer təklif edilir. Ketrin 2016-cı ildə təhsilə başlamağı planlaşdırırdı. Lakin o, sonradan proqrama yazılmamağı seçir və peşəkar şəkildə aktyorluğa başlamağa qərar verir.

Filmoqrafiya

Film İl Adı Rol Qeydlər 2018 Sevgilərlə, Saymon Leah Burke The Misguided Vesna 2019 Bıçaqlar çəkildi Meg Thrombey 2020 Spontaneous Mara Carlyle

Televiziya İl Adı Rol Qeydlər 2017–2018 13 səbəb Hannah Baker Baş rol (mövsüm 1 və 2) 2018 Robot Chicken Steffy, Wife, Bride (səsləndirmə) Epizod: "No Wait, He Has a Cane" 2020 Cursed Nimue Baş rol2022Savage RiverMiki AndersonBaş rol

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Avstraliya aktrisaları Kateqoriya:Avstraliya film aktrisaları Kateqoriya:XXI əsr aktrisaları