Hüseyn Cəlal oğlu Hüseynov () — Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı sabiq fövqəladə və səlahiyyətli səfiri (2021—2025).

Həyatı Hüseyn Cəlal oğlu Hüseynov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu "beynəlxalq münasibətlər" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib. 2000–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasında təhsil alıb, 2007-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 4 sentyabr 2025-ci ildə bu vəzifədən azad edilib.

Ailəsi Leyla Abdullayeva ilə evlidir və iki övladı var. Həyat yoldaşı Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfiri vəzifəsini tutur.

İstinadlar

Xarici keçidlər Tərcümeyi-halı (Arxivləşdirilib)

Kateqoriya:Azərbaycanın Bolqarıstandakı səfirləri