100% məhəbbət (ingiliscə: 100% Love, Teluqu dilində: 100% లవ్, həmçinin 100% eşq kimi də tanınır) — 6 may 2011-ci ildə nümayiş etdirilmiş olan, Sukumarın teluqu dilində rejissorluğu ilə çəkilmiş olan Hindistan filmi. Süjet xətti xaraktercə tamamilə bir-birinə zidd olsa belə bir-birini sevən, lakin öz qürurlarına görə birlikdə ola bilməyən iki gəncin hekayəsindən bəhs edir. Baş rollarda Naqa Çaitanya və Tamannaah Bhatia oynamışdır.

Film kassada hit olmuş və Ən Yaxşı Ev Filmi nominasiyası üzrə Nandi Mükafatını qazanmış, həmçinin film xanım baş qəhrəmanı olan Tamannaah üçün də bir neçə mükafat qazanmışdır. Film eyni adla Malayalam dilində dublyaj edilmişdir. Filmin hind dilində də remeyki planlaşdırılır. Film, 2016-cı ildə Prem Ki Bujhni adı ilə yalnız bir dəfə benqal dilində yenidən çəkilmiş və hal-hazırda Tamil dilində 100% Kadhal adlı remeykinin təqdim edilməsi planlaşdırılır.

Hindistan telekanalında nümayiş olunmaq üçün Red Media şirkətinin sifarişi ilə film rus dilinə dublyaj edilmişdir.

İstinadlar Kateqoriya:Universitet və kolleclər haqqında filmlər Kateqoriya:Hindistanın romantik komediya-dram filmləri Kateqoriya:2011-ci ilin filmləri