thumb|497x497px|Kryoz Kuros. .

Kuros (, cəmdə kuroy) — çılpaq kişi gəncləri təsvir edən müstəqil qədim Yunanıstan heykəllərinə verilən müasir termin. Onlar ilk dəfə Yunanıstanda Arxaika dövrdə meydana çıxmış, əsasən Attika və Beotiyada tapılmışdır, lakin Siciliya kimi bir çox digər qədim yunan ərazilərində az sayda aşkar edilmişdir.Henri Lechat, 1904, La sculpture attique avant Phidias. Belə heykəllərə yunandilli dünyada rast gəlini. Bunların çoxu əsasən Apollon ziyarətgahlarında tapılmışdır. Yalnız Beotiyada yerləşən Apollon Ptoyon ziyarətgahından yüzdən çox belə heykəl aşkar edilmişdir.J. Ducat, 1971, Les kouroi du Ptoion Bu müstəqil heykəllər adətən mərmərdən idi, lakin əhəngdaşı, ağac, tunc, fil sümüyü və terrakota ilə işlənmişdir. Onlar adətən real həmcdə olurlar, baxmayaraq ki, erkən nəhəng nümunələr 3 metrə qədər hündürlüyə malikdir.

Kurosun qadın forması kora adlanır.

Etimologiyası Qədim yunan dilində sözü kuros () "xüsusilə də nəcib rütbəli gənc oğlan" deməkdir. Yetkinlik yaşına çatmış oğlan yetkin bir kuros kimi artıq yetkin kişi bədəninə malik olur və o, qardaşlığın başlanğıcı üçün keçirilən fratriya () bayramına daxil edilir. Apellayos bu ayinlərin ayı idi və Apollon "megistos kuros" (ən böyük kuros) hesab olunurdu.

Bu söz həm də yunan dillərinin Mikena yunan dialektini yazmaq məqsədilə istifadə olunan B xətti yazısı heca yazı sistemində təsdiq edilmişdir. "Ko-wo" (*κόρϝος, *kórwos) sözü Pilos və Knos lövhələrində təsdiq edilmişdir. Alimlər tərəfindən təxmin edilir ki, bu, "həmin lövhələrdə yazılmış qadınların oğulları" mənasını verə bilər.

Mənşəyi Kuros tipinin təkamülü məsələsi hər halda monumental Arxaika dövrü Yunanıstan heykəltəraşlığının ümumi inkişafı məsələsi ilə bağlıdır. Təxminən e.ə. VI əsrdə bu Daydala formalarının müstəqil heykəltəraşlığa çevrilməsi ilə bağlı əsaslı olaraq iki düşüncə məktəbi var. Bu formaların bəziləri yalnız ədəbiyyatdan məlumdur (kolos, bret, andri və zoanon). Bu, Yunanıstan tiplərinin və dini ehtiyaclarının daxili inkişafına cavab və ya xarici təsirin məhsulu idi.i.e. E. Athes (1963) ProcPhilSoc, 107, pp 60-81

R.M. Cook (1987) Origins of Greek Sculpture, JHS 87, pp 24-32

P. Kranz (1972) AthMitt 81, pp 1-55 Dəyişiklik üçün xarici səbəb üçün Misir, Anadolu və Suriya kimi mümkün təsir mənbələri göstərilmişdir. Ən güclü iddia Misir üçün edilir. Məlumdur ki, e.ə. VII əsrin ortalarında Yunanıstanda Navkratis anbarının əsası qoyulana qədər yunanlar Misirlə uzunmüddətli ticarət əlaqələrinə malik idilər.Herodotus, II.1.54 Burada yunanlar Misir heykəltəraşlıq üsullarını öyrənirdilər.

Qeydlər

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Qədim Yunanıstan heykəlləri Kateqoriya:Yunan dilində sözlər və ifadələr Kateqoriya:Qədim Yunanıstan