Harper Adams Universiteti — İngiltərənin Şropşir vilayətində yerləşən dövlət universiteti. Universitet 1901-ci ildə kənd təsərrüfatı üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi kimi qurulmuşdur.

1998-ci ildə universitet kollec, 2012-ci ildə isə universitet statusu alıb.

Universitet 50-dən çox bakalavr və magistr proqramları təklif edir.

Tarixi thumb|right|Universitetin yuxarıdan görünüşü. thumb|left|Universitetin binası

Sonradan universitetə ​​çevrilən Harper Adams Kolleci 1901-ci ildə təsis edilib. 1939-cu ildə kollecə ilk dəfə qız tələbələri qəbul olundu.

Təkmilləşdirmə kursları ilk dəfə 1981-ci ildə Harper Adams universitetində tətbiq edilmişdir. Universitet Elmlər üzrə bakalavr dərəcəsini tətbiq edən ilk institutlardan biridir.

1985-ci ildə Şahzadə Marqaret tərəfindən Elm binası açılmışdır.

Harper Adams kolleci 2010-cu ildə açılmış JCB Akademiyasının akademik sponsoru olmuşdur. JCB Akademiyası İngiltərədə yaradılmış ilk universitet texniki kollecdir.https://web.archive.org/web/20190128093929/http://jcbacademy.com/harper-adams-challenge-overview/

2012-ci ildə Harper Adams kolleci "universitet" adını aldı.

Təşkilatçılığı Bakalavr kursları:

Kənd təsərrüfatı Biznesin idarəedilməsi Ətraf mühit — davamlılıq və vəhşi təbiət Mühəndislik Qida elmi, texnologiyası və innovasiyası Torpaq və əmlakın idarə edilməsi Baytarlıq Zoologiya

=== Araşdırmaları === 2014-cü ildə Harper Adams Universiteti Araşdırma Mükəmməlliyi Çərçivəsi tərəfindən tədqiqatının keyfiyyətinə görə tanınıb.

Tədqiqat sahələrinə daxildir:

Torpaq və suyun idarə edilməsi Bitki xəstəliklərinə qarşı müqavimət Kənd təsərrüfatı texnologiyası Heyvandarlıqda karbon izlərinin azaldılması Qida keyfiyyətinin yaxşılaşdırılmasına genetik yanaşmalar Bioenerji və bərpa olunan mənbələr Kənd təsərrüfatı landşaftının biomüxtəlifliyi Pedaqogika və heyvanların təhlükəsizliyi

Tədqiqat mərkəzləri Universitetin tədqiqat işləri üçün imkanlara aşağıdakılar daxildir:

Elizabeth Crek mərkəzi Şahzadə Marqaret Elm Laboratoriyaları Jan Jakson Entomologiya mərkəzi Bitki və Ətraf Mühitin Tədqiqat mərkəzi Dairy Krest İnnovasiya mərkəzi Quşçuluq Tədqiqat bölməsi Regional Qida Akademiyası

Reytinq və mükafatları 2020-ci il məzun nəticələri sorğusu göstərdi ki, 98,8 % təhsillərini başa vurduqdan 15 ay sonra işləyir və ya əlavə təhsil alır.

Mükafatları 2016-cı ildə Harper Adams Universiteti ilin universiteti seçildi. Kraliçanın Əlavə və Ali Təhsil üçün Yubiley mükafatları Böyük Britaniya və qlobal ərzaq təhlükəsizliyini həll etmək üçün kənd təsərrüfatı mühəndisliyi və texnologiyalarında innovativ tətbiqlərin qalibi

Reytinqləri 2020-ci il məzun nəticələri sorğusu göstərdi ki, 98,8 % təhsillərini başa vurduqdan 15 ay sonra işləyir və ya əlavə təhsil alır.

Sunday Tayms Britaniya universitetlərinin ikincisi — 2020-ci il Ən yaxşı universitetlər arasında 17-ci yer, 2019 50 ən yaxşı Böyük Britaniya Universitetləri 2011. Ən yaxşı Universitet Kolleci (The Sunday Times): 2008, 2009. 2010, 2011, 2012

Times Higher Education Ən yaxşı müasir Böyük Britaniya universiteti (Times Higher Education), 2017 1-ci Tələbə təcrübəsi (Times Higher Education), 2017

İstinadlar

Xarici keçidlər Harper Adams University homepage Harper Adams University Students' Union homepage

Kateqoriya:İngiltərə universitetləri Kateqoriya:Birləşmiş Krallıq universitetləri