Bolqarıstan–Serbiya münasibətləri — Bolqarıstan Respublikası ilə Serbiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bolqarıstanın Belqradda səfirliyi var. Serbiyanın Sofiyada səfirliyi var. Bolqarıstan Avropa İttifaqının üzvü, Serbiya isə Avropa İttifaqına namizəddir.

Hər iki ölkə Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesinin, Cənub-Şərqi Avropa üçün Sabitlik Paktının, Mərkəzi Avropa Təşəbbüsünün, Cənub-Şərqi Avropa Kooperativ Təşəbbüsünün və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvləridir. Ölkələr 318 km ümumi sərhəd xəttini bölüşürlər.

Bolqarıstan 2008-ci ildə Kosovonu müstəqil özünü elan etmiş ölkə kimi tanımış və bu, iki ölkə arasında münasibətləri gərginləşdirmişdir. Bolqarıstan və Serbiya mədəniyyət sahəsində yaxşı əməkdaşlıq edir. Bunu Serbiya filmlərinin birgə istehsalı nümunələrində də müşahidə etmək mümkündür.

Tarixi thumb| Radevin Vuçiçlə görüşü. Bolqarıstan inqilabçısı Georgi Sava Rakovski Belqradda sığınacaqla təmin olunmuşdur. Şəhərdə inqilabi nəşrlər çap edilmişdir və Rakovskinin silahlı dəstəsi 1862-ci ildə Belqradda Osmanlılara qarşı döyüşlərə qatılmışdır. 1867-ci ildə Buxarestdə fəaliyyət göstərən bolqar cəmiyyəti Serbiya dövlətinə müqavilə layihəsi ilə müraciət etmişdir. Bolqarıstan tərəfi Serbiya şahzadəsinin başçılıq etdiyi Cənubi Slavyan Çarlığı adlı ümumi bolqar-serb ikili dövlətinin yaradılmasını təklifini irəli sürmüşdü. Serbiyanın baş naziri İliya Qaraşanin 1867-ci ilin iyununda yazdığı məktubda Bolqarıstanın təklifini qəbul etmişdir, lakin o, bu təşkilatın nə qədər təmsil olunduğundan ehtiyat edərək diplomatik yolla sənədi imzalamaqdan imtina etmişdir.Papadrianos, Ioannis: "The First Balkan Alliance (1860–1868) and the Bulgarians", Balkan Studies, 42 (2001): pp. 15–20. Bu ümumi dövlətin yaradılması digər Bolqarıstan təşkilatlarını narahat etmişdi, çünki onlar bunu Qaraşaninin Naçertaniye adlı planının həyata keçirilməsi kimi qəbul etmişdi.: "...a Balkan alliance, which alarmed both Bulgarians and Turks with its implications of Serbian expansionism as expounded two decades previously, in Garasanin's Nacertanie, the Serbian equivalent of Greek Megali Idea.": "The result of Nacertumje's implementation was the establishment of the first Balkan alliance (1866–1868)..."

Mədəni oxşarlıqlara baxmayaraq, iki ölkə İkinci Balkan müharibəsi və Birinci Dünya müharibəsi illərində Şimali Makedoniya kimi ərazi və təsir dairələri üzərində mübahisələrə görə bir-birlərinə düşmən olmuşdular.

2018-ci ildə Serbiya və Bolqarıstan müasir diplomatik münasibətlərin 140 illiyini qeyd etmişdilər.

Serbiya Prezidenti Aleksandr Vuçiç və Bolqarıstanın Baş naziri Boyko Borisov 2021-ci ildə Bolqarıstan və Serbiya ərazisindən keçən Balkan Boru Kəmərinin açılışını "iki qardaş dövlətin diqqətəlayiq uğuru" adlandırmışdılar.

Rezident diplomatik nümayəndəliklər

Bolqarıstanın Belqradda səfirliyi var. Serbiyanın Sofiyada səfirliyi var.

Həmçinin bax

Serbiyada bolqarlar Azərbaycan–Bolqarıstan münasibətləri Azərbaycan–Serbiya münasibətləri

İstinadlar

Əlavə ədəbiyyat

Antić, Dejan D. "A view of Serbian-Bulgarian relations at the end of the 19th and at the beginning of the 20th century." Godišnjak Pedagoškog fakulteta u Vranju 7 (2016): 55–67.

Hering, Gunnar. "Serbian-Bulgarian relations on the eve of and during the Balkan Wars.} Balkan Studies (1962) 4#2 pp 297-326.

Rossos, Andrew. "Serbian-Bulgarian Relations, 1903-1914." Canadian Slavonic Papers 23.4 (1981) pp 347–378. and 394-408 .

Xarici keçidlər Bulgarian embassy in Belgrade Serbian Ministry of Foreign Affairs about relations with Bulgaria Serbian embassy in Sofia

Kateqoriya:Serbiyanın ikitərəfli əlaqələri Kateqoriya:Bolqarıstanın ikitərəfli əlaqələri Kateqoriya:Bolqarıstan–Serbiya münasibətləri