Azad Cammu və Kəşmir (, ; qısaca — Azad Kəşmir) — keçmiş Cammu və Kəşmir knyazlığının pakistanlıların idarəsində olan ən cənub inzibati vahidi. Faktiki Pakistanın bir hissəsi olsa da, Pakistan tərəfindən müstəqil dövlət kimi tanınır. Hindistanın Cammu və Kəşmir ştatı ilə şərqdən, eləcə də Pakistanın Hayber-Paxtunxva vilayəti ilə qərbdən, Gilgit-Baltistan vilayəti ilə şimaldan və Pəncab vilayəti ilə cənubdan sərhəddir. İnzibati mərkəzi Müzəffərabad şəhəridir. Sahəsi 13 297 km², əhalisi təxminən 4,5 milyon nəfərdir. + Azad Kəşmirin simvolları heyvan 90px Quş 90px Ağac 90px Çiçək 90px İdman 90px

Tarix Azad Kəşmir 1947-ci ilin oktyabrında Kəşmirdə populyar olmayan Maharaca Hari Sinqha etiraz olaraq elan edildi. Birinci Hind-Pakistan Müharibəsindən sonra bugünkü faktiki sərhədlər, o cümlədən Kəşmir və Cammu coğrafi bölgələrinin yalnız qərb hissələri (yəni hər iki əsas şəhər — Şrinaqar və Cammu — Hindistanda qaldı) formalaşdı.

İstinadlar

Kateqoriya:Pakistan vilayətləri Kateqoriya:Pakistanın ərazi mübahisələri Kateqoriya:Hindistanın ərazi mübahisələri Kateqoriya:Pakistanın xarici siyasəti Kateqoriya:Pakistanın inzibati bölgüsü Kateqoriya:Bölünmüş regionlar Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:1948-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1947-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Asiyada mübahisəli ərazilər Kateqoriya:Kəşmir