Okyyokyudl () və ya Ok buzlağı – İslandiyada yerləşmiş buzlaq. 2014-cü ildə tamamilə əridiyi elan olunmuşdur.

Yerləşməsi thumb|Xatirə lövhəsi.|left Buzlaq İslandiyanın qərbində, Reykyavikin şimal-şərqində, Ok qalxan vulkanı üzərində yerləşirdi.

Əriməsi Ok buzlağı 2014-cü ildə buzlaqşünas Oddur Siqudsson tərəfindən "ölü" elan olunmuşdur. 2018-ci ildə Rays Universitetinin antropoloqları Simen Hov və Dominik Boyer buzlağın əriməsi haqqında "Ok deyil" adlı sənədli film çəkmişdirlər. Onlar burada buzlağın əriməsi haqqında xatirə lövhəsi quraşdırmağı təklif etmişdirlər. Lövhə 18 avqust 2019-cu ildə quraşdırılmış, üzərində həm islandca, həm də ingiliscə yazı yazılmışdır:

Lövhənin sonunda quraşdırıldığı aydakı qlobal karbon dioksid miqdarı (415 ppm) yazılmışdır. Mərasimdə İslandiya baş naziri Katrin Yakobsdouttir, İslandiyanın ətraf mühit naziri Qudmundur İnqi Qudbrandsson və keçmiş İrlandiya prezidenti Meri Robinson iştirak etmişdirlər. Mərasimdən öncə NASA Earth Observatory buzlağın 1986–2019-cu illər arasındakı fotolarını paylaşmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İslandiya buzlaqları Kateqoriya:Keçmiş buzlaqlar