2009/10 Azərbaycan Kuboku — Futbol üzrə Azərbaycan kubokunun 18-ci mövsümüdür. Azərbaycan Kubokunun 2009/2010 mövsümündə mübarizəyə 20 klub qoşuldu. Sentyabrın 4-də saat 15.00-da başlayan yeni mövsümün püşkatma mərasimində 20 komanda iştirak edib.
Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, Premyer-Liqa klublarının hamısı kubok uğrunda mübarizəyə qoşulacaq. I diviziondan isə yalnız 8 komanda oynamaq istəyindədir. Dörd klub — ABN, "Energetik", "Ədliyyə" və "Göyəzən" isə mübarizədən imtina edib.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/16 mərhələsinin ilk oyunları 16–17 sentyabrda, cavab qarşılaşmaları 23–24 sentyabrda baş tutacaq.
Reqlament Azərbaycanın Kubokunun finala qədərki bütün mərhələlərində cütlüklərin qalibləri iki matçın nəticələrinə görə təyin edilirdilər. Əgər kubok matçı əsas vaxta heç-heçə bitdisə, onda əlavə vaxt (hər biri 15 dəqiqə olmaqla 2 əlavə hissə, fasiləsiz) təyin olunurdu. Amma əgər əlavə vaxtda da qalib təyin olunmursa, o zaman 11 metrlik zərbələr seriyası təyin edilirdi. Final mərhələsi bir oyundan ibarətdir.
Komandalar 2009/2010 mövsümündə kubokda bu komandalar iştirak edəcək:
Premyer Liqa (12)Birinci Divizion (8) Şüvəlan FK Bakı FK İnter Bakı Neftçi Bakı PFK Qarabağ Ağdam FK Qəbələ FK Standard Sumqayıt FK Simurq PİK Muğan FK Xəzər Lənkəran FK Karvan İK Turan Tovuz FK Bakılı PFK Rəvan Bakı FK MOİK Bakı FK MKT Araz Neftçala FK Neftçi İSM Şahdağ Qusar FK Kəpəz PFK
Təsnifat mərhələsi Bu yarışa vəsiqə qazanan aşağı divizionun səkkiz komandası bir-biri ilə iki oyun olmaqla qarşılaşıb və bu oyunların qalibləri növbəti mərhələdə Azərbaycan Premyer Liqasının 2009-10-cu il mövsümünün on iki komandasına qoşulublar. İlk oyunlar 17 sentyabr 2009-cu ildə, cavab görüşləri isə 22 və 23 sentyabr 2009-cu ildə keçirilmişdir.
1/8 final İlkin mərhələnin dörd qalibi bu mərhələdə Azərbaycan Premyer Liqasının 2009-10-cu il mövsümünün 12 komandasına qoşulub. İlk oyunlar 4 və 5 noyabr 2009-cu il tarixlərində, cavab görüşləri isə 11 və 12 noyabr 2009-cu il tarixlərində keçirilmişdir.
1/4 final Bu mərhələdə 1/8 finalın səkkiz qalibi üz-üzə gəlib. İlk oyunlar 6 və 7 mart 2010-cu il, cavab görüşləri isə 17 və 18 mart 2010-cu il tarixlərində keçirilmişdir.
Yarımfinal 1/4 finalın 4 qalib komandası iki dövrədən ibarət cütlüklərdə yarımfinala yüksəldilər. Birinci dövrənin oyunları 27 aprel 2010 və ikinci dövrənin oyunları 5 may 2010 tarixlərində oynanıldı.
Final
Yarışın bu mərhələsində yarımfinalın iki qalibi iştirak edib.
Qol müəllifləri
4 qol: Mario Serjio, Xəzər Lənkəran
3 qol:
Aleksandar Şoliç, Bakı Samir Əliyev, Neftçi Bakı Fərid Quliyev, Standard Bakı
2 qol:
Jaba, Bakı Felipe, Bakı Amiran Muciri, Bakı/Standard Bakı Robertas Poşkus, İnter Bakı Asif Məmmədov, İnter Bakı Bronislav Çervenka, İnter Bakı Vitali Ledenyov, İnter Bakı Marian Aliuța, Neftçi Bakı Valter Quqlemon, Neftçi Bakı Anatolie Doroș, Olimpik-Şüvəlan
1 qol:
Fabio Luis Ramim, Bakı Nicat Abdullayev, Bakı Orxan Bəşirli, Bakı Ernad Skuliç, Bakı Vyaçeslav Sofroni, Bakı Əhməd Ticani, Bakı Kənan Kərimov, Qəbələ Leo Rocha, İnter Bakı David Odikadze, İnter Bakı Ģirts Karlsons, İnter Bakı Angel Gutierrez, İnter Bakı Yakuba Bamba, Karvan Beşir Makadi, Karvan Denis Kalinkov, Xəzər Lənkəran Elvin Beqiri, Xəzər Lənkəran Kristian Martins Kabral, Xəzər Lənkəran Allan Lalin, Xəzər Lənkəran Emeka Opara, Xəzər Lənkəran Denis Kalinkov, Xəzər Lənkəran Narsis Yameoqo, Mughan Amit Quluzadə, Neftçi Bakı İlqar Qurbanov, Olimpik-Şüvəlan Mirko Bunyevçeviç, Olimpik-Şüvəlan Admir Teli, Qarabağ Aftandil Hacıyev, Qarabağ Emin İmaməliyev, Qarabağ Vaqif Cavadov, Qarabağ Elvin Məmmədov, Qarabağ Rəşad Sadiqov, Qarabağ Rüstəm Məmmədov, Simurq Sergey Artyux, Simurq Yuri Bulıçev, Simurq Huqo Maçado, Standard Bakı Anton Kovalevski, Turan Tovuz
Naməlum:
5 Qol Bakılı 4 Qol Şahdağ Qusar 3 Qol Anşad Petrol 3 Qol Gəncə 3 Qol Neftçi İSM 2 Qol MKT Araz 2 Qol MOİK Bakı 1 Qol Rəvan Bakı
2 avtoqol: Ernani Pereyra, Karvan üçün İnter Bakı ilə oyunda
1 avtoqol: Milan Zaqorats, İnter Bakı üçün Bakı ilə oyunda
Həmçinin bax 2009–10 Azərbaycan Premyer Liqası 2009–10 Azərbaycan Birinci Liqası
İstinad
Kateqoriya:2009-cu ildə Azərbaycanda idman Kateqoriya:2010-cu ildə Azərbaycanda idman Kateqoriya:Azərbaycan Kuboku mövsümləri Kateqoriya:2009/2010 mövsümündə Azərbaycanda futbol