Petros Abraamyan Duryan (, əsl soyadı Zmbayan, ; ) — erməniəsilli Osmanlı şairi.

Həyatı Petros Duryan 1851-ci ildə Konstantinopolda, Üsküdar ərazisində kasıb bir dəmirçi ailəsində anadan olmuşdur. 1867-ci ildə bitirdiyi Üsküdar məktəbini bitirmişdir. Həmin il kasıb ailəsinə kömək etmək üçün işə düzəlməyə çalışmışdır. Petros əvvəlcə əczaçı şagirdi, sonra katib və ev müəllimi olmuşdur. Buna baxmayaraq, o, şeiriyyata yönəlməyə başlamışdır. Hələ məktəbdə oxuyan zaman ədəbiyyatla yaxından maraqlanmışdır. Sonradan teatrla məşğul olmağa başlamışdır. Pyeslər yazmış, bəzən özü də səhnəyə çıxmışdır.

1871-ci ildə şairdə vərəmin ilk əlamətləri ortaya çıxmışdır. Əvvəlcə xəstəliyə əhəmiyyət verməmiş və əsərlərini yazmağa davam etmişdir, lakin xəstəlik daha da ağırlaşmışdır. Ömrünün son ilini yataq xəstəsi yaşamaışdır. 21 yanvar 1872-ci ildə vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Osmanlı şairləri Kateqoriya:Erməni şairlər Kateqoriya:XIX əsr şairləri Kateqoriya:Erməni dramaturqlar Kateqoriya:XIX əsr dramaturqları