"Kafedral"''' () — Ukraynalı sovet yazıçısı Oles Qonçarın 1967-ci ildə yazdığı roman.«Вивчаємо Роман О. Гончара „Собор“», Михайло Кудрявцев

Bu kitab "Ölməzdən əvvəl oxumalı olduğumuz 1001 kitab" siyahısına daxil edilib.1001 Books to Read Before You Die. The 1001 Book List . Tarixi 280px|right|thumb|Novomoskovsk Triniti kafedralı Kafedral romanı dörd il ərzində ərsəyə gəlmiş romandır (1964-cü ildən 1967-ci ilə qədər). Oles Qonçar əsərində real hadisələri və faktları əsas götürmüşdür.

Romanın əsas süjetini mənəviyyatın dirçəlişi, xalqın tarixi yaddaşı uğrunda mübarizə dayanır. Dnepropetrovsk vilayətinin Novomoskovsk şəhərindəki Üçlük kafedralı romanda müqəddəs və hər şeyin simvolu kimi qabardılmışdır. Ancaq roman kədərli bir tale ilə qarşılaşır. Sov.İKP Dnepropetrovsk vilayət komitəsinin birinci katibi Vaçenko özünü qəhrəmanlardan birinin obrazı kimi göstərildiyini iddia edir və bundan sonra müəllifə qarşı təqiblər başlayır.Tomasz Kamusella, Krzysztof Jaskułowski Nationalisms Today 2009 3039118838 p244 "According to the KGB, students called Honchar's novel 'an epoch-making book' which was 'widely read, even during classes..."

Tomasz Kamusella, Krzysztof Jaskułowski Nationalisms Today 2009 3039118838 p244 "According to the KGB, students called Honchar's novel 'an epoch-making book' which was 'widely read, even during classes..."

Roman yalnız “Otçizna” jurnalında (1968) çap olundu və kitabın artıq çap olunmuş nəşri müsadirə olunur, romanın rus dilinə tərcüməsi də dayandırılır. Digər ukraynalı yazıçıların əsəri müdafiə etmək cəhdlərinə baxmayaraq, ona qadağa qoyuldu və uzun müddət romanın adı çəkilmədi.

Təsiri Bu roman təkcə Ukrayna ədəbiyyatı üçün əhəmiyyət kəsb etmirdi. 1971-ci ildə Litva şairi Yustinas Martsinkevikius əsərdən təsirlənərək Litva xalqının mənəvi kafedralı haqqında dram şanrında şeir "Kafedral" şeirini yazıb.

1974-cü ildə belarus yazıçısı İvan Şamyakin Oles Qonçarın "Kafedral" əsəri ilə konseptual şəkildə iç-içə olan "Atlanti və Karyatidlər" (, 1974) əsərini yazıb.

Həmçinin bax Ukrayna ədəbiyyatı İstinadlar

Xarici keçidlər Красота духовного мира героев романа «Собор» Олеся Гончара Багатостраждальний «Собор» Олеся Гончара Honchar's "Sobor" to be published in Ukrainian, by Dr. Roman Solchanyk

Kateqoriya:Ukrain dilində kitablar