Harvard Biznes Məktəbi — Massaçusets ştatının Boston şəhərindəki özəl tədqiqat universiteti olan Harvard Universitetinin magistr biznes məktəbi. O, biznes kitabları, liderlik məqalələri, nümunə araşdırmaları və aylıq akademik biznes jurnalı olan Harvard Business Review-i nəşr edən Harvard Business Publishing-in sahibidir. Burada həm də məktəbin əsas kitabxanası olan Baker Kitabxanası/Bloomberg Mərkəzi yerləşir. Tarixi Məktəb 1908-ci ildə yaradılmışdır. İlkin olaraq humanitar fakültə tərəfindən yaradılmış, 1910-cu ildə müstəqil status almış və 1913-cü ildə ayrıca inzibati vahidə çevrilmişdir. İlk dekan tarixçi Edvin Frensis Qey (1867-1946) olmuşdur. İstinadlar
Xarici keçidlər