Moskvada Ukrayna Milli Mədəniyyət Mərkəzi () — Rusiyanın paytaxtında Ukraynanın müasir mədəniyyətini və təhsilini təmsil edən mədəniyyət mərkəzi.

Tarixi 1993-cü il mayın 14-də Ukrayna Nazirlər Kabinetinin "Moskvada Ukrayna Mədəniyyət Mərkəzinin yaradılması haqqında" qərarı verildi. Mədəniyyət mərkəzi 1998-ci il noyabrın 27-də açılıb.

8 fevral 2010-cu ildə Ukrayna Prezidenti Viktor Yuşşenko "Moskvada Ukraynanın Mədəniyyət Mərkəzinə milli statusun verilməsi haqqında" 140/2010 saylı Fərman qəbul etmişdir.

Moskvada Ukrayna MMM-nin şüarı ukraynalı tarixçi Mixail Qruşevskinin sözləridir:

Strukturu Ukrayna Milli Mədəniyyət Mərkəzinin nəzdində aşağıdakı təşkilatlar fəaliyyət göstərir:

Boqdan Stupki adına kitabxana; Pavel Popoviç adına Ukrayna bazar günü məktəbi; Ukrayna dili kursları; Ukrayna kitab mağazası; Taras Şevçenko və Mixailo Qruşevskinin xatirə otağı.

İdarəetmə Mərkəzin baş direktoru 2001-ci ildən 2015-ci il iyulun 15-dək Vladimir Yefimoviç Melniçenko olub. 2016-cı ilin əvvəlində Ukraynanın eks-prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko Ukraynanın hazırkı prezidenti Petro Poroşenkoya Melniçenkonun Moskvadakı Ukrayna mədəniyyət mərkəzinin direktoru vəzifəsinə bərpa olunması xahişi ilə müraciət etmişdilər.

2016-cı ilin martından 2017-ci ilin aprelinə qədər Moskvada Ukrayna Milli Mədəniyyət Mərkəzinin baş direktoru sənətşünaslıq namizədi, dosent, Ukraynanın əməkdar mədəniyyət işçisi Vladimir İliç İonov olub.

2017-ci ilin iyununda Moskvadakı Ukrayna Milli Mədəniyyət Mərkəzinə jurnalist Valeri Vladimiroviç Yurçenko rəhbərlik edirdi.

İstinadlar

Kateqoriya:Ukrayna mədəniyyəti Kateqoriya:Rusiya ukraynalıları Kateqoriya:Moskva təşkilatları