– Yaponiya biznesmeni. "Daiso" diskaunter mağazalar şəbəkəsinin qurmuşdur. O, Yaponiyada dollar mağazası biznes modelinin qabaqcılı hesab olunur.

Həyatı 1943-cü ildə Çində Koro Kurihara adı ilə doğulmuşdur. Beş qardaş və üç bacıdan ibarət ailədəndir. Katsuyo Yano ilə evləndikdən sonra soyadını dəyişdirmiş, bu qərarını "Kurihara soyadının biznes dünyası üçün yaxşı səslənməməsi" ilə izah etmişdir.

1967-ci ildə Çuo Universitetindən məzun olmuşdur. Məzun olduqdan sonra qayınatasının balıqçılıq şirkətində işləməyə başlasa da, bankrot olmuşdur. 1972-ci ildə Hiroşimadan Tokioya köçmüş və zibil emalı ilə məşğul olan şirkətdə işləyərək bəzi borclarını ödəmişdir. Atasının istəyi ilə Hiroşimaya qayıtmış və bir neçə işdə işləmişdir.

1972-ci ildə "Yano" adlı ilk mağazasını qurmuşdur. 1977-ci ildə şirkətini ancaq 100 yenlik məhsullar satan mağazalar şəbəkəsinə çevirmiş və şirkətə "böyük anbar" mənasına gələn "Daiso" adını vermişdir. "Daiso" şirkəti sürətlə böyümüş və Yaponiyada 4360 mağazası açılmışdır. 2001-ci ildə ilk xarici filialının (Tayvanda) açılışı baş tutmuşdur. Daha sonra Avstraliya, Səudiyyə Ərəbistanı, İndoneziya və ABŞ-də növbəti xarici mağazalar açılmışdır. Yano 2018-ci ildə şirkət prezidentiliyi vəzifəsini oğluna ötürmüşdür, özü isə 2019-cu ilə qədər şirkət sədri vəzifəsini yerinə yetirməyə davam etmişdir.

Ölümü 12 fevral 2024-cü ildə Hiroşimada ürək çatışmazlığı səbəbilə ölmüşdür.

İstinadlar

Xarici keçidlər "Daiso" mağazalar şəbəkəsinin rəsmi saytı

Kateqoriya:Yaponiyanın iş adamları Kateqoriya:Yaponiyanın şirkət təsisçiləri Kateqoriya:Ürək çatışmazlığından ölənlər