Alyaska Ankoric Universiteti — ABŞ -ın Alyaska ştatının Ankoric şəhərində yerləşən dövlət universiteti. Bu, Alyaskanın ən böyük ali təhsil müəssisəsidir və Alyaska Universitetləri Sisteminin ən böyük universitetdir.

AAU həmçinin Alyaskanın cənub-mərkəzi boyunca səpələnmiş dörd İcma kampuslarını idarə edir:

Kenai Yarımadası Kolleci Kodiak Kolleci Mat-Su Kolleci Şahzadə Uilyam Sound Kolleci

AAU-nın əsas şəhərciyi şəhər mərkəzindən təxminən dörd mil (6.4 km) cənub-şərqdə yerləşir.

Universitetin Ankoric kampusu beş tədris və tədqiqat bölməsinə bölünür:

İncəsənət və Elmlər Kolleci Biznes və İctimai Siyasət Kolleci İcma və Texniki Kolleci Mühəndislik Kolleci İctimai Səhiyyə KolleciChancellor's Organizational Chart . Accessed April 11, 2016

Universitet seçilmiş proqramlarda magistr dərəcələri və məzun sertifikatları, həmçinin Məzun bölməsi vasitəsilə əməkdaşlıq edən universitetlərdə seçilmiş doktorantura proqramlarını tamamlamaq imkanı təklif edir."UAA Graduate School Degrees ". Accessed December 15, 2011.

AAU Kolleclər və Universitetlər üzrə Şimal-Qərb Komissiyası tərəfindən akkreditə olunub.Directory of Institutions S — U , Northwest Commission on Colleges and Universities, 2013. Accessed 24 Jan. 2013.

Tarixi thumb|Universitetin girişi.

1954-cü ildə Ankoric İcma kolleci (AİK) yaradıldı və Elmendorf Hərbi Hava Qüvvələri bazasında tələbələrə axşam dərsləri keçilməyə başladı.

1960-cı illərin sonlarında Ankoricdə dörd illik universitetin yaradılmasına güclü maraq Alyaska Universitetinin, Ankoric Senior Kollecinin (ASC) yaranmasına səbəb oldu. ASC bakalavr və magistr proqramları, eləcə də davamlı təhsil üzrə peşəkar proqramları idarə edirdi.

1962-ci ildə AİK və əyalətdəki digər icma kollecləri Alyaska Universitetinin sisteminə daxil edildi.

1971-ci ildə universitetin ilk buraxılışı keçirildi və burada 265 adama magistr, bakalavr və dosent dərəcələri verildi.

ASC 1973-cü ildə Konsorsiumun kitabxana binasına köçdü. Növbəti il, ilk sinif otaqları və ofis sahəsi tikildikdə, ilk dəfə gündüz kursları təklif edildi. 1977-ci ildə ASC dörd illik universitet oldu və Alyaska Ankoric Universiteti adlandırıldı.

1987-ci ildən universitet böyüməyə və genişlənməyə davam etdi. Sertifikat proqramlarından tutmuş mütəxəssis, bakalavr, magistr və doktorantura dərəcələrinə qədər 200-dən çox proqram Alyaska Ankoric Universitetində təklif olunur.

Universitetin missiyası tədris, tədqiqat və yaradıcılıq yolu ilə biliyi kəşf etmək və yaymaqdır.

Alyaska Ankoric Universitetində Ştatın hər yerindən gələn minlərlə tələbə (təxminən 17,000) təhsil alır. Həmçinin AAU ştatda ən çox veteran tələbəsi olan universitetdir.

Akademik strukturu thumb|Konsorsium Kitabxanası həm AAU-nə, həm də yaxınlıqdakı Alyaska Sakit Okean Universitetinə xidmət edir. thumb|Universitetin bir qrup tələbəsi Elmendorf-Riçardson Hərbi bazasında. thumb|Kampusun şimal-şərq hissəsində yerləşən İncəsənət binasının foyesi.

Alyaska Native Studies (Yerli əhali haqqında tədqiqat proqramı) UAA-nın akademik proqramlarının diqqətəlayiq cəhəti Alyaska Native Studies proqramıdır. Bu proqrama əsasən bütün bakalavr tələbələri Alyaska Native ilə əlaqəli müəyyən akademik kurslarda ən azı üç krediti tamamlamalıdırlar. Alyaska Native İncəsənət Proqramı yerli Alyaska əhalisinin sənətinə və ənənələrinə olan tarixinə diqqət yetirir. Native Arts studiyası həm ənənəvi, həm də müasir alətlərlə təchiz olunub. Alyaskanın hər yerindən qonaq olan ağsaqqallar, yerli əhalinin mədəni köklərini əks etdirən əşyaları yaratmaq üsullarını öyrədirlər. Bütün tələbələr, mənşəyindən asılı olmayaraq, şəxsi ifadə formasını tapmaq üçün həm ənənəvi, həm də eksperimental təcrübələri araşdırmağa təşviq edilir.

Hüquq Məktəbi Tərəfdaşlığı 3+3 Alyaska Ankoric Universiteti hazırda Vaşinqton Universitetinin Hüquq Məktəbi və Oreqon ştatının Salem şəhərindəki Villamette Universiteti Hüquq Kolleci ilə əməkdaşlıq edir. İxtisaslı tələbələrə sürətləndirilmiş cədvəl üzrə, adətən altı il ərzində bakalavr və hüquq dərəcələrini tamamlamaq imkanı verir. Proqramı çox vaxt 3+3 proqramı və ya sürətləndirilmiş JD proqramları adlandırırlar, çünki tələbələr üç il bakalavr, üç il hüquq fakültəsində təhsil alırlar.

Aviasiya texnologiyası Universitet Tətbiqi Elmlər üzrə bakalavr dərəcələri təklif edir:"Aviation Technology, Academics," University of Alaska Anchorage, 2012. Accessed 24 Jan. 2013.

Hava hərəkətinə nəzarət Aviasiya İdarəsi Peşəkar pilotluq Aviasiya xidmətləri

Alyaska Universitetinin Aviasiya Texnologiyaları bölməsi aşağıdakı üzv universitetlər arasında birgə tədqiqat işi olan Ümumi Aviasiyada Qabaqcıl Mərkəzinin"Welcome to CGAR." Center For General Aviation Research, Embry Riddle Aeronautical University. 2013. Accessed 24 Jan. 2013. bir hissəsidir:

Embri-Riddle Aeronavtika Universiteti Florida A&M Universiteti Şimali Dakota Universiteti Viçiita Universiteti

Kollec və məktəbləri İncəsənət və Elmlər kolleci Biznes və İctimai Siyasət kolleci Təhsil Məktəbi Səhiyyə və Sosial Elmkəri kolleci Tibb məktəbi Tibb bacısı məktəbi Sosial İş məktəbi İcma və Texniki kolleci Mühəndislik kolleci Universitet Fəxri proqramı Ali məktəb

Kitabxanaları AAU Konsorsium Kitabxanası Alvin S. Okeson Kitabxanası Karolin Floyd Kitabxanası (Kodiak Kolleci şəhərciyi)

Reytinqləri ABŞ News & World Report, 2020-ci il reytinqində AAU-ni Qərbdəki dövlət regional universitetləri arasında 25-ci, Qərbdəki bütün regional universitetlər arasında isə 62-ci yerdə qərarlaşdırdı.

Maddi yardım Alyaska Üstünlük Təhsil Qrantı Alyaska Qrant UniversitetiLogistics & Supply Chain Education Financial Aid at UAA

Mərkəzləri və institutları thumb|right|Homerdəki regional kampus.

Tədqiqat və anlaşma mərkəzi olaraq, AAU şimal əhalisi ilə əlaqəli və yerli və regional iqtisadi inkişafı dəstəkləmək üçün tədqiqat, təlim, ictimai xidmət və digər fəaliyyətlərə maddi yardım edir. Dövlətin böyük resursları və unikal missiyaları bu Yardım proqramları və ixtisaslaşmış tədqiqatlar üçün mərkəzi yer tutur. Proqram Ankoric və Alyaska icmalarının problemlərini, həmçinin milli və beynəlxalq maraq doğuran məsələləri həll edir. Aşağıda universitetin missiyasını dəstəkləyən qurum və mərkəzlərin siyahısı verilmişdir:

Alyaska Kənd Sağlamlığı Mərkəzi/Alyaska Bölgəsi Sağlamlıq Təhsili mərkəzi Alyaska Təchizat Zəncirinin İnteqrasiyası mərkəzi Alyaska Təbii İrs proqramı Alyaska Kiçik Biznesin İnkişafı mərkəzi Alyaska Təhsil Siyasəti Araşdırma mərkəzi Alkoqol və Asılılıq Araşdırmaları mərkəzi Davranış Sağlamlığı Araşdırmaları və Xidmətləri mərkəzi İcma İştirakı və Öyrənmə mərkəzi İqtisadi İnkişaf mərkəzi İqtisadi Təhsil mərkəzi İnsan İnkişafı mərkəzi Ətraf Mühit və Təbii Sərvətlər İnstitutu Etika mərkəzi Sirkumpolar Sağlamlıq Araşdırmaları İnstitutu Sosial və İqtisadi Tədqiqatlar İnstitutu Ədliyyə Mərkəzi Montqomeri Dixon Yapon Dili və Mədəniyyəti mərkəzi Psixoloji Xidmət mərkəzi

Tələbə mediası

Nəşrləri Akkolades — Alyaska Ankoric Universitetinin məzunları üçün jurnal. Alaska Quarterly Reviev — AAU tərəfindən nəşr olunan ədəbi jurnal. Şimal işıqları (The Northern Light) — universitet xəbərləri, idman, sosial hadisələr və əyləncə icmallarını geniş əhatə edən hər çərşənbə axşamı nəşr olunan tələbə qəzeti. Understory — hər hansı AAU bakalavr tələbəsinin təqdimatı üçün açıq olan, yaradıcı yazı və ədəbiyyat üzrə magistr tələbələri tərəfindən idarə olunan jurnal.http://understory.uaa.alaska.edu True North — Jurnalistika və İctimai Kommunikasiyalar Departamentinin tələbələri tərəfindən hazırlanan illik jurnal.

Radiostansiyası KRUA 88.1FM — qeyri-kommersiya radio stansiyası. Həm tələbə heyəti, həm də Ankoric icmasından olan bir çox könüllülər tərəfindən idarə olunur.

Həmçinin bax Alyaskadakı kollec və universitetlərin siyahısı

İstinadlar

Xarici keçidlər

UAA Seawolves Athletics

Kateqoriya:ABŞ universitetləri Kateqoriya:Alyaska