Buluğ əl-Mərəm () — İbn Həcər əl-Əsqəlani (1372–1448) tərəfindən toplanmış şəriət qanunlarının əsaslandığı hədislər toplusudur. Bu janr ərəb dilində "Əhədisül-Əhkam" kimi qeyd olunur.
Əsər Kitabın müqəddiməsində müəllifin sözlərinə görə, o, məcmuənin hər bir hədisini əzbər öyrənənlərin dərin bilikləri ilə seçilmələri üçün hərtərəfli təhlilə məruz qoymuş və bu işin "İslamda həm yeni başlayan tələbələr, həm də mütəxəssislər üçün" faydalı olmasından ötrü əlindən gələni etmişdir.
"Buluğ əl-Mərəm" başqa məcmuələrdən toplanmış 1,5 minə (1358) yaxın hədisdən ibarətdir: "Səhihi-Buxari", "Səhihi-Müslim", "Sünəni-Əbu Davud", "Sünəni-Tirmizi", "Sünəni-Nəsai", "Sünəni-İbn Macə", "Müsnəd İmam Əhməd" və s. "Buluq ə-Mərəm"də nəql olunan hər bir hədisin sonunda əl-Hafiz ibn Həcər həmin hədisi ilkin kimin topladığını qeyd edir.
İstinadlar
Kateqoriya:Sünni hədis topluları Kateqoriya:İbn Həcər Əsqəlani Kateqoriya:İslam Kateqoriya:İslam hüququ Kateqoriya:Şafii məzhəbi