İlhan Mansız () — keçmiş türk futbolçu.
Həyatı İlhan Mansız Türkiyə milli futbol komandasının heyətində 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilmiş Futbol üzrə dünya çempionatında bürünc medal qazanmışdır. "Samuray" ləqəbi də ona həmin çempionat vaxtı yaponlar tərəfindən verilmişdir. Yaponların sevgisini nəzərə alan futbolçu 2004-cü ildə "Beşiktaş"dan Yaponiyanın "Vissel Kobe" klubuna transfer olunmuşdur. Bundan sonra Almaniyanın Herta klubunda oynamışdır. 2005/2006 mövsümündə Ankaragücünün heyətində çıxış etmişdir. Amma Almaniyada keçirdiyi avtomobil qəzasından sonra sağlamlığını tam bərpa edə bilməmiş və 2006-cı ildə peşəkar karyerasını "Ankaragücü"nün heyətində başa vurduğunu elan etmişdir. Bununla belə futbolçu 2009-cu ildə yenidən futbola qayıtmaq fikrinə düşmüş, Almaniya çempionatının ikinci liqasında mübarizə aparan "Münhen 1860" klubuna baxışa yollanmışdır. Klubun ucuz qiymətə futbolçu axtarışı türk futbolçunu həvəsləndirmişdir. O, jurnalistlərə açıqlamasında qarşısına ciddi məqsədlər qoyduğunu bildirmişdir: "Yenidən özümü sübut etmək istəyirəm". Hazırda Münhen şəhərində yaşayır.
Müvəffəqiyyətləri Türkiyə Futbol üzrə dünya çempionatı 2002: 3-cü yer
Xarici keçidlər Rəsmi vebsaytı http://www.moralhaber.net/resimler/haberler/1059.jpg İlhan Mansız 3 ildən sonra futbola qayıtdı
Həmçinin bax
Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Almaniyada doğulanlar Kateqoriya:Herta FK futbolçuları Kateqoriya:Yaponiyada legioner futbolçular Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Beşiktaş PFK futbolçuları Kateqoriya:Türkiyə milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:J1 Liqa futbolçuları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Futbol hücumçuları