Müsnəd Əbu Əvanə () — Məhəmmədin həyat və fəaliyyətinə dair Hafiz Əbu Əvani əl-İsfərayini tərəfindən tərtib edilmiş hədislər toplusu.
Müəllif Əbu Əvanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Əvanə əl-İsfərayininin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, şafii məzhəbini əl-Müzəni və ər-Rəbi ibn Süleymandan (Şafiinin şagirdləri) götürərək İsfarayendə ilk yayan şəxs olmuşdur.
Kitabın təsviri Əbu Əvanənin "Müsnəd"i Müslüm ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş "Səhihi-Müslüm" kimidir. Məcmuədə Müslümdən gələn hədislərlə yanaşı, Əbu Əvanənin özündən də az sayda hədislər vardır. Buda "Müsnəd"də təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.
İstinadlar
Kateqoriya:Sünni hədis topluları Kateqoriya:X əsrin ərəb dilində kitabları Kateqoriya:IX əsrin ərəb dilində kitabları