Məişət texnikası — yemək bişirmək və ya təmizlik aparmaq kimi bəzi məişət funksiyalarını yerinə yetirən elektrik enerjisinin gücü hesabına işləyən mexaniki cihazlardır. Məişət texnikası aşağıdakı qruplara ayrıla bilər:
Əsas məişət texnikası və ya məişət əşyaları Kiçik məişət texnikası İstehlak elektronikası
Bu cür qruplara ayrılma bu növ məhsulların saxlanılması və təmirində də nəzərə çarpır. İstehlak elektronikası adətən yüksək səviyyədə texniki bilik və bacarıq tələb etdiyi halda, böyük cihazlar isə bu cihazları idarə etmək üçün daha çox praktiki bacarıqlar və eyni zamanda da onları təmir etmək üçün istifadə edilən ağır alətləri işlətmək məqsədilə böyük fiziki qüvvə tələb edir.
Tərif
Geniş istifadə sahəsini nəzərə alaraq, “məişət texnikası” termini cihazların “müəyyən bir istifadə və ya funksiyaya yönəlmiş alət və ya qurğu” kimi tərifinə əsaslanır.«Appliance» . Merriam Webster Daha konkret desək, Collins lüğətində “məişət cihazı”nın tərifi “adətən elektriklə işləyən, evinizdə olan və təmizlik və ya yemək bişirmək kimi işlər üçün istifadə etdiyiniz cihaz və ya maşınlar” kimi verilmişdir.«Definition of household appliances» . Collins Dictionary Bu cür cihazların geniş istifadəsi deməyə əsas verir ki, evdə istifadə üçün nəzərdə tutulmuş demək olar ki, istənilən cihaz məişət texnikası hesab edilə bilər. Buna məişət elektronikası, eləcə də soba,Bulletin, Manila (9 November 2014). «Tips to ensure safety of home appliances» . Manila Bulletin soyuducu, tost aparatı, kondisioner, elektrik lampası və su nasosları da daxildir«What size generator do I need?» (PDF). Ohio State University«List of the Power Consumption of Typical Household Appliances». Daftlogic.
İstinadlar
Ədəbiyyat siyahısı
Kriske, Rob; Kriske, Mary (July/August 1984). "Home Appliance Repair". Mother Earth News. Accessed May 2015.
Xarici keçidlər
Məişət texnikası Açıq Kataloqda
Kateqoriya:Məişət texnikası