Siyahı S/SŞəhidRütbəsiSQQısa tərcümeyi-halı1.Kazımov Azay Sada oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1973-cü ildə Göyçə mahalının Zod kəndində "Zərgərlilər" tayfasında anadan olmuşdur. 1988-ci ildə Göyçədən deporyasiya olunduqdan sonra Xanlar rayonunda məskunlaşmışdır. Hərbi xidmətə Naxçıvanın Sədərək rayonuna göndərilmişdir. 1993-cü ilin ortalarında erməni daşnaklarından Sədərəyin qorunmasında xüsusi fəallıq göstərmiş və taqım komandiri təyin edilmişdir. Bir müddətdən sonra Bakı şəhərinə oradan isə Goranboy cəbhəsinə göndərilmişdir. Ağdamın ağır günlərində döyüşçü yoldaşları ilə birlikdə Ağdam cəbhəsinə köməyə getmiş və bir neçə qanlı döyüşlərin iştirakçısı olmuşdur. Düşmənin tankını heyıti ilə birlikdə məhv etdiyinə görə pul mükafatına layiq görülmüşdür. Azay Ağdamdan Füzuli cəbhəsinə göndərilir. Bir gün Füzulidə 28 erməni hərbçisi olan avtobusu atəşə tutmuş və maşında olan hərbi sursatı komandanlığa təhvil vermişdir. 15 yanvar 1994-cü ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhid oldu. Ölümündən sonra gizir Azay Sada oğlu Kazımov Azərbaycan Respublikasının prezidentinin 9 oktyabr 1994-cü il tarixli əmri ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur. Göygöl rayonunda Hacıkəndə gedən mərkəzi küçə Azay Kazımovun adını daşıyır.2.Kələntərov Sahib Hüccət oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 15 fevral 1973-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı ilk dəfə Ağdamda, sonra isə Tərtərdə düşmənlə üzləşib. Əsas döyüşdüyü yer isə Ağdərə bölgəsi olub. O, 30 iyul 1992-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində torpağa tapşırılıb.3.Kərimov Eyvaz Əzizağa oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları10 dekabr 1975-ci ildə Biləsuvar rayonu Amankənd kəndində anadan olub. 1994-cü il aprel ayının 27-də Ağdamın Güllücə kəndində qəhrəmanlıqla şəhid olmuşdur. Amankənd kənd tam orta məktəbi Eyvaz Kərimov adını daşıyır.4.Kərimov Heydər Bəybala oğlupolis38x38px|link=Azərbaycan Daxili İşlər Nazirliyi13 oktyabr 1973-cü ildə Sumqayıtda doğulmuşdur. 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. 19 noyabr 1992-ci il tarixdə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir. Məzarı Bakı şəhərindədir.5.Kərimov Natiq Məmməd oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 23 noyabr 1975-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 22 aprel 1994-cü ildə hərbi xidmətə çağırılıb. Əvvəlcə Hacıqabulda, daha sonra Qusarda hərbi təlim keçərək Balakən rayonunda yol patrulu kimi fəaliyyətə başlayıb. 22 avqust 1994-cü ildə Birinci Qarabağ müharibəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Şəhidin oxuduğu Astara rayonunun Ərçivan qəsəbə 3 saylı tam orta məktəbinə onun adı verilib.

İstinadlar

K