Ümum-Rusiya Bədii Gimnastika Federasiyası (ÜBGF; ) — Rusiya qeyri-hökumət təşkilatı. 1991-ci ildə yaradılmışdır.

Tarixi və funksiyaları SSRİ-də ayrıca Ümum-Rusiya Bədii Gimnastika Federasiyası (Rusiya Sovet Federativ Sosialist Respublikası) da mövcud idi, lakin o zaman bu, yalnız SSRİ Bədii Gimnastika Federasiyasının respublikada bədii gimnastikanın inkişafı və populyarlaşdırılması üzərində işləmək üçün hazırlanmış struktur şöbəsi idi. İndiki "Ümumrusiya Bədii Gimnastika Federasiyası" 1991-ci ildə təsis konfransı (12 sentyabr 1991-ci il, İvanovo şəhəri) tərəfindən təsis edilmişdir. Növbəti il 9 yanvarda qeyr-hökumət təşkilatı RSFSR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

2001-ci ildə hesabat-seçki konfransında təşkilatın strukturu yenidən qurulmuşdur. Rusiya Federasiyası Prezidentinin köməkçisi Sergey Yastrjembski prezident seçilmişdir. O, 2008-ci ilin dekabrında İrina Viner prezident seçilənə qədər bu vəzifədə iki dəfə dörd illik müddətə qalmışdır. İndi o, Federasiya prezidentinin vəzifələrini milli komandanın baş məşqçisinin işi ilə birləşdirir.

Təşkilat Rusiya Federasiyasının İdman və Turizm Nazirliyi tərəfindən akkreditə edilmişdir və "bədii gimnastika" idman növü üzrə Ümum-Rusiya idman federasiyası statusu verilmişdir (Rusiya Federasiyası İdman və Turizm Nazirliyinin 27 fevral 2011-ci il tarixli № 1681 sərəncamı).

İstinadlar

Xarici keçidlər Официальный сайт Всероссийской федерации художественной гимнастики

Kateqoriya:Rusiya təşkilatları Kateqoriya:Rusiyada gimnastika Kateqoriya:Əlifba sırasına görə təşkilatlar Kateqoriya:Moskva təşkilatları Kateqoriya:1991-ci ildə Rusiyada yarananlar