Seyid Məhəmməd Xatəmi (; ) — 1997–2005-ci illər arasında vəzifədə olmuş İranın V prezidenti.

Elmi işləri O, fars, ərəb, həmçinin də elmi işlərini davam etdirəcək qədər ingilis və alman dillərini bilir. Müxtəlif vaxtlarda universitetlərdə mühazirələr də oxuyan Xatəminin "Vilayət kimə aiddir" (1979) və "Ənənə, modernizm və inkişaf" (1996) kimi bir çox məqalələri ilə bərabər, "Dalğa qorxusu", "Şəhər dünyasından dünya şəhərinə", "Tiranlıq məngənəsində düşüncə və iman" (2000) kimi kitabları, həmçinin də onun çıxışlarının da içində olduğu "Siyasi inkişaf, iqtisadi inkişaf və təhlükəsizlik" (2000), "İslam, mənəviyyat və İslam inqilabı" (2000), "Qadınlar və gənclər" (2000) adlı kitabları da mövcuddur.

Təhsili 1961-ci ildə orta məktəbi bitirdikdən sonra dini təhsil almaq üçün Qum mədrəsəsinə getmişdir. 1969-cu ildə isə İsfahan Universitetinin fəlsəfə fakültəsini bakalavr dərəcəsi ilə başa vurmuşdur. Tehran Universitetində Təhsil Elmləri üzrə magistr dərəcəsində təhsilini davam etdirmişdir. Daha sonra isə məşhur Qum mədrəsəsində fiqh üzrə təhsilinə davam etmişdir.

Siyasi fəaliyyəti O, siyasi fəaliyyətə 1962-ci ildən başlamışdır. O, xüsusilə ilk növbədə Xomeyninin bəyannamələri olmaqla, siyasi bəyannamələrin və elanların çoxaldılması və yayılması işlərini öz üzərinə götürmüşdür. İsfahan Universitetindəki İslam Tələbələri Assosiasiyasının fəaliyyətlərində yaxından iştirak etmişdir. Şah ordusunda iki il müddətinə leytenant rütbəsində xidmət etdikdən sonra 1979-cu ildə Hamburq İslam Mədəniyyəti Mərkəzinin rəhbəri olmuşdur.

1980-ci ildə İnqilabdan sonra keçirilən birinci parlament seçkilərində doğulduğu yerlər olan Ərdəkan və Meyboddan millət vəkili seçilərək İran parlamentinə daxil olmuşdur. 1981-ci ildə o, Xomeyni tərəfindən bir çox qəzet və jurnalların, o cümlədən məşhur Kayhan qəzetinin nəşr olunduğu Kayhan İnstitutuna rəhbər təyin edilmişdir. 1982-ci ildə isə o dövrün baş naziri olan Mirhüseyn Musəvi tərəfindən İslami İrşad və Mədəniyyət Nazirliyinə təyin edilmişdir. O, 1992-ci ildə mədəniyyət naziri vəzifəsindən istefa vermiş və bununla da İran İslam Respublikasının tarixində istefa verən və vəzifəsini tərk edən birinci kabinet üzvü kimi tarixə düşmüşdür. Eyni vəzifə ilə Haşimi Rəfsəncani tərəfindən iki dəfə kabinetə daxil edilən Hatəmi İraqla 8 il davam edən müharibə dövründə Bütün Silahlı Qüvvələr Komandanlığının Mədəniyyət Müavinliyinin Təbliğat Mərkəzinin vitse-prezidenti və rəhbəri vəzifələrində işləmişdir.

1997-ci ilin may ayında keçirilən seçkilərdə səslərin 69 faizini yığaraq prezident seçilmişdir.U. S. policies on Iran defeated , Ahmad Khatami 20 July 2007, IRNA O, 2001-ci ilin iyun ayında keçirilən növbəti prezident seçkilərində də səslərin 77 faizini əldə edərək yenidən prezident seçilmişdir. Lakin o, xüsusən də Prezidentin səlahiyyətləri və seçki nəzarəti ilə bağlı hazırlamış olduğu əsas islahatları Konstitusiya Keşikçiləri Şurasından keçirtməyi bacarmamışdır.

thumb|Xatəminin o dövrdə Rusiya prezidenti olmuş Vladimir Putinlə Malayziyadakı görüşü. (oktyabr, 2003-cü il)

İstinadlar

Xarici keçidlər Official website of Khatami's BARAN NGO Institute in Iran

Khatami and the Search for Reform in Iran (Review article; Stanford University) Biography in Encyclopædia Britannica Khatami; from the presidency of Islamic Center in Hamburg to the presidency of Islamic Republic of Iran CNN: Transcript of Interview with Iranian President Mohammad Khatami Iran's ex-leader sees new Islam Address of Mohammad Khatami at Annual Meeting of World Economic Forum, Davos, 21 January 2004, Chaired by Klaus Schwab, 26 min 37 sec,

Kateqoriya:İran prezidentləri Kateqoriya:İslam Şurası Məclisinin üzvləri Kateqoriya:İranın kişi siyasətçiləri Kateqoriya:İranlı şiə din xadimləri Kateqoriya:İran hərbçiləri Kateqoriya:İran nazirləri Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:XX əsr filosofları Kateqoriya:BMT rəsmiləri Kateqoriya:XXI əsr İran siyasətçiləri Kateqoriya:XX əsr İran siyasətçiləri Kateqoriya:Farslar